Nazirlikdən dərslik cavabı (FOTO)

Təhsil Nazirliyi orta məktəb dərsliklərindəki "Şirvanşahlar sarayı" adlı yazı ilə bağlı mövqeyini açıqlayıb. 

Nazirliyin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, bir sıra informasiya agentliklərinin saytlarında ümumtəhsil məktəblərinin V sinif rus bölməsinin “Azərbaycan dili” (Bakı-2014) dərsliyindəki “Şirvanşahlar sarayı” (I hissə, səh.28) mətnində həmin mətnə aid olmayan bir cümlənin (“Metronun “İçərişəhər” stansiyası Şirvanşahlar sarayının yanındadır”) verilməsini yanlışlıq kimi dəyərləndirilib. 

"Lakin yeni kurikulumun alt-standartlarına görə, şagirddən verilmiş mətnin cümlələri və abzasları arasında əlaqəni tapmaq tələb olunur. Bu standart şagirddə axtarıcılıq qabiliyyətini artırmağa xidmət edir. Həmin standarta görə, bu mətndə də cümlələr arasında məntiqi ardıcıllığın tapılması məqsədilə bir “artıq cümlə” daxil edilib. Mətnə aid 29-cu səhifədə verilən 3 nömrəli çalışmada bu “artıq cümləni” tapmaq şagirddən tələb edilir".

Nazirliyin açıqlamasında qeyd edilir ki, “Şirvanşahlar sarayı” mətnində verilən “artıq cümlə” V sinif üzrə təhsil standartlarının tələbindən irəli gəlib. "Bu mətndə heç bir elmi – metodik yanlışlıq yoxdur".

Google+ WhatsApp ok.ru