Nobel mükafatlı Malaladan nümunəvi davranış

Nobel Sülh Mükafatı sahibi Malala Yusufzay layiq görüldüyü Dünya Uşaqları Mükafatının 50 min dollarlıq pul hədiyyəsini Qəzzadakı məktəblərin yenidən inşasında istifadə edilmək üzrə bağışlayıb.
 
Maide.az xəbər verir ki, İsveçdə təşkil edilən mərasimlə "Dünya Uşaqları Mükafatına" layiq görülən 17 yaşlı Malala Yusufzay burada etdiyi çıxışda hədiyyənin Birləşmiş Millətlər Fələstinli Mühacirlərə Kömək Təşkilatı (UNRWA) vasitəsilə Qəzzadakı 65 məktəbin yenidən inşası üçün istifadə ediləcəyini vurğulayıb: "Bu uşaqlar keyfiyyətli bir təhsil və gələcək qurmaq üçün həqiqi ümidlər ilə fürsətlər istəyir və bunları haq edir. Bu hədiyyə 65 məktəbin yenidən tikilməsinə köməkçi olacaq. Günahsız Fələstinli uşaqlar çox uzun müddətdir acı çəkir. Fələstinli uşaqların və dünyanın digər bölgələrindəki uşaqların etibarlı bir mühitdə keyfiyyətli bir təhsil almalarını təmin etməliyik. Çünki təhsil olmadan, sülh olmaz."

Google+ WhatsApp ok.ru