Nazirlik yetgilisinin ittihamları kimə ünvanlanıb?

Və yaxud avtomatlaşdırılmış sistemin günahı

Hərdən İsi Məlikzadənin “Qatarda” televiziya tamaşasındakı Fatının “nəyinə lazımdır axı, atan deyil, anan deyil” sözlərini yadıma salıb,özümü qınayıram.Heç bir az keçmır ki, təhsilimizdə gedən proseslərə bıganə qala bilməmək hissim iradəmə güc gəlir, məni hövsələdən çıxardır, ıstər-istəməz təhsilimizdə baş verənlərə münasibət bildirməyə sövq edir.  Sanki Təhsil Nazirliyinin  yetkilıləri bir xalq mahnısındakı “mənim yar, sənə yar, səndən yar şıkayətim var” sözlərini öz müsahibə və açıqlamaları üçün epiqraf seçıblər. 
 
“Əgər ötən il bütün respublika ərazisində 3000 vakant yer var idisə, bu il isə bu göstərici 20%  çox-3500 yerdir”. “Ötən ilı Bakı şəhərində 300 vakant yer var idisə, bu il analoji göstərici 500-ə yüksəlib”. “Vakant  yerlər pedaqoqların təqaüdə çıxması, işdən ayrılması hesabina yaranır”. “Avtomatlaşdırılmış sistemdən istifadə vakansiyaların artması ilə nəticələnıb”.Bu dəfə də sanki pessimistlərdə “optimist əhval ruhiyyəsi yarada biləcək”, “qürur hissi doğuracaq tezisləri” ilə Təhsil Nazirliyinin “İnsan resursları” şöbəsinin müdir müavini İlham Nağıyev gündəmə gəlib. 
 
“Vakant yerlərin gizlədilməsi məsələsi ilə bağlı nazirin tapşırığından sonra nazirlikdə müəyyən işlər görülüb. Mən sizə vakant yerlərin gizlədilməsi prosesinin necə həyata keçirilməsi barədə danışmaq istəyirəm... Hazırda biz müəllimin məktəbdən ayrıldığı vaxt onun həmin məktəbin müəllimi ilə əvəz olunmasını tələb edirik”. Maraqlı məntiqdir, deyilmi? Daha maraqlısı isə odur ki,  vakant yerlərin gizlədilməsi “sirrinin açıqlanması”görəsən kimi və hansı gözləntidən agah edəcəkmiş və bu irəli sürülən tələb məhz kimə ünvanlanıb?
 
Nahaq yerə zəhmət cəkib, özünə əziyyət vermə cənab Nağıyev. Bu cür söhbətləri Misir Mərdanovdan tutmuş onun davamçısı, hazırda müavin işlədiyin şöbənin müdiri Fərzəli Qədirovdan da çox eşitmişik və deyəcəklərin nəinki pedaqoji ictimaıyyətə, orta statistikalı azərbaycanlıya belə məlumdur. Paradoksa diqqət yetirin: müəllimlər işsizdir, amma məktəblərdə müəllim çatışmır. Sən demə vakansiyaların artmasının bütün günahı avtomatlaşdırılmış sistemdə və pedaqoqların kütləvı surətdə təqaüdə çıxmasında imiş. 
 
“Direktor informasiyanın toplanması zamanı müəyyən səbəblərə görə vakant yerlər barədə məlumat vermir. Sentyabrda dərslər başlayan zaman bu dərs yükü müvəqqəti olaraq başqa müəllimə verilir. Bununla da direktor bir il ərzində müəllimi müvəqqəti ışə qəbul edir. Həmin ilin sonunda isə o işdən azad olunur. Əksər hallarda insanlar buna aldanır və daimi əsasda işə götürüldüklərinə inanırlar”- mülahizəsini necə başa düşək ? Əvvəla, bilavasitə Təhsil Nazirliyinə və onun sisteminə aid olan “mətbəxin gizlı sirrlərinin açıqlanması” hansı anlama gəlir və nəyə hesablanıb? Bəlkə, kimlərisə təhrik edib, belə faktlar barədə donoslar və ya anonim siqnallar əldə etməyə ümid bəsləyirik. Əgər belə deyilsə, müəllimlərin dərs yükü barədə tarifikasiya rayon (şəhər) təhsil şöbələrindən əlavə xüsusi hesabat forması üzrə Təhsil Nazirliyi tərəfindən də təsdiqlənır. Əgər buna müvafiq şöbələrdə göz yumulursa bu başqa məsələdir.
 
“Əgər direktor ixtisasdan ümumiyyətlə anlayışı olmayan saxta diplomlu şəxsı işə götürübsə, onda o, cinayət məsuliyyəti daşıyır.Əgər direktor vakant yeri gizlədibsə, onda onu adminstrativ cəza və ya ışdən çıxarılma gözləyir” kimi abstrakt açıqlamalar verməkdənsə konkret olaraq hansısa saxta diplomlu şəxsi işə götürən direktor barədə açılan cinayət işindən və vakant yeri gizlədənlər barədə adminstrativ cəza və ya işdən çıxarılma faktı ortalığa qoymaq daha inandırıcı və rəğbətlə qarşılna bıləcək açıqlama olardı. Neçə illərdən bəri səsi hətta Türkiyəyə qədər gedib çatan  saxta diplom qalmaqalı ilə əlaqədar, Təhsil Nazirliyi tərəfindən kimin barəsindəsə cinayət iddiasının irəli sürülməsi barədə şəxsən mən eşitməmışəm, bir passiv iştirakçı istisna olmaqla.
 
“Təhsil Nazirliyi daima bildirir ki, yalnız imtahandan keçən şəxslər daimi olaraq işə qəbul oluna bilərlər. Heç bir təhsil müəssisəsi daimi əsasda müəllim işə götürə bilməz. Bəzən müəllimlərin müvəqqəti olaraq işə götürülməsi qaçılmaz olur...” “Səhhəti ilə bağlı müvəqqəti olaraq işə gələ bilməyən insanlar da var . Onların yerləri müvəqqəti olaraq digər müəllimlər tərəfindən tutulmalıdır...” “Ötən il 3000 min vakant yerdən 5-10 %- i boş qalıb ki, onlar da müvəqqəti əsasda doldurulub” Bu “tezislərdən” kimsə, nəsə başa düşdü? Mənim başa düşdüyüm isə odur ki, birdən işdir, kiminsə səhhətində problem yaransa müvəqqəti olaraq işə gələ bilməyən insanları əvəzləmək üçün mütləq Nazirlikdən razılıq alınmalıdır.Bəlkə səhv edirəm? Bir də ki, “5-10 faiz” nə statistikadır? “Doldurulub nə deməkdir?” Heç olmasa biləydik kı, kimin tərəfindən doldurulub.
 
“Sualların 80 faizinə cavab verən namizəd imtahanı keçmiş hesab olunur. Yalnız ucqar kəndlər üçün güzəşt olaraq sualların 60 faizinə cavab verən şəxslər imtahanı keçmış hesab edilir. Çünki belə kəndlərdə işləmək istəyənlərin sayı azdır”.Bu nə məntiqdir cənablar? Ucqarlara biganəlik göstərməklə nəyə nail oluruq? Belə çıxmırmı ki, savadlılar şəhərə, nisbətən savadsızlar kəndə? Heç savadda da, səviyyədə də güzəşt olar? Şagirdləri, tələbələri çeşidlərə ayırdığımız azmış kimi, indi də bazarlarda meyvə-tərəvəzi çeşidlədikləri kimi müəllimlərı çeşidləyirik? Regionların inkişafına dair Dövlət Proqramına töhvəmız budur? Nə tez yaddan çıxardıq ki,bir vaxtlar ən görkəmlı ziyalılarımızın, alimlərimizin, elm və incəsənət xadimlərimizın böyük bir qismini elə məhz ucqar kənd məktəbləri yetişdirib?
 
Gah “optimallaşdırma”  adı ilə 4000 min müəllimi iş yerindən məhrum edirik, 75 yaşlını ışdə saxlayıb, 65 yaşlını işdən azad edirik, gah “rasionallaşdırma” adı ilə kəndlərdəki azkomplektli məktəbləri bağlayıb, şagirdlərini avtobuslarla qonşu məktəblərə daşımaq layihəsini reallaşdırmağa meyllənirik, gah “de-institutlaşma” adı ilə internat və uşaq evlərini boşaldıb, yetim və kimsəsizləri aılələrə vermək proqramını həyata keçiririk, gah da ki....
 
Bəlkə, ildən-ilə artan vakant yerlərin faizini hesablayıb millətin qanını qaraltmaqdansa,  bürokratik əngəllər ucbatından ışə düzələ bilməyib fəhləlık etmək üçün körpülərin altında müştəri növbəsinə duran, ev-eşiyinin əvəzini maşına dəyişərək kirayədə yaşayıb “taksovatlıq” edən, çarəsizlikdən abırına qısılıb toy məclislərində tamadalıq, yas məclislərində mollalıq edən soxsaylı müəllim ordusunun faizini çıxarmaq daha münasib və faydalı olardı? 
 
Bir məqamı tamamamilə unutmuşdum. Vakansiyalarımızda olan yüksliş şagirdlərimizə də təsirsiz ötüşməyib. Təkcə I xtisas qrupu üzrə imtahanda ötənilki məzunlarımız “yüksəlişə” nail olaraq 0-200 bal intervalında 91.89 faizlik göstərici əldə ediblər.
 
Nadir İsrafilov, təhsil eksperti

Google+ WhatsApp ok.ru