Nazirliyə 154226 müraciət daxil oldu

2014-cü ildə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin Vətəndaşlarla iş bölməsinə 154226 müraciət daxil olub. 
 
Nazirliyin verdiyi məlumata görə, Telefon Məlumat Mərkəzində 60856 zəng (2013-cü illə müqayisədə 4,7 dəfə çox) və Kommutator xidmətində 35000-ə yaxın zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə 58370 vətəndaşa xidmət göstərilib. Vətəndaşlar əsasən, ali təhsil (8668 müraciət), beynəlxalq əməkdaşlıq və xaricdə təhsil (7883 müraciət), ümumi təhsil (8054 müraciət), orta ixtisas və ilk peşə-ixtisas təhsili (1544 müraciət), eləcə də digər məsələlərlə (32221 müraciət) bağlı müraciət edib.Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlər əsasən, sorğu xarakterli olub. Onların əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. 11848 vətəndaş sorğusuna uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Əlavə olaraq, vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün elektron poçt vasitəsilə 531 müraciət, teleqram və məktub vasitəsilə 167 müraciət daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində 13359 sənəd (6275 ərizə, 6139 məktub, 945 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Şikayətlərin qeydiyyatı proqramında isə 404 müraciət qeydiyyata alınıb və araşdırılması üçün müvafiq şöbələrə, idarələrə, sektorlara göndərilib.

Google+ WhatsApp ok.ru