11-ci siniflər 3 fəndən imtahan verəcəklər 08 Yanvar 2015 02:00 Elm, Təhsil Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 11-ci sinif şagirdlərinə müraciət edib. TQDK-nın mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, 2014-2015-ci tədris ilində 11-ci sinif şagirdlərinin buraxılış imtahanı üç fənn üzrə keçiriləcək. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər. Bununla bağlı olaraq, ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş edilir ki, təhsil müəssisəsində tədris edilən xarici dili müvafiq bölmədə düzgün qeyd etsinlər. Diqqət! Xarici dil bölməsində "Tədris edilmir" qeydi olan şagirdlər buraxılış imtahanlarında kimya fənnindən imtahan verəcəklər! Teqlər : #11ci siniflər 3 fəndən imtahan verəcəklər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Universitetində yeni fakültə yaradılıb Nazirliyə 154226 müraciət daxil oldu