İngiltərədə xərçəng xəstəliyini daha tez aşkar edə biləcəklər

İngiltərədə xərçəng xəstəliyini daha tez aşkar edə biləcəklər

-- Yorğunluq, səbəbsiz tərləmə və ümumi halsızlıq xəstəliyin simptomları arasında ola bilər.

"One-stop shops" mağazaları (birləşdirilmiş mağazalar) xərçəng diaqnostikasının sürətləndirilməsini hədəfləyir.
 
Məqsəd pasiyentləri müxtəlif xəstəliklərin aşkarı üçün aparılan bir sıra testlərdən uzaq tutmaq və xəstəliyin erkən aşkarlanmasını təmin etməkdir.
 
Bəzi xəstəliklərin simptomları olmayanda bir çox pasientlər artıq vaxt itirmiş olur.
 
İngiltərənin Milli Sağlamlıq Xidməti deyir ki, bu, xərçəng şübhəsi olan xəstələrin diaqnostika və müalicəsində bir yenilikdir.
 
Xərçəng diaqnozunun tez müddətdə qoyulması və müalicəsi həyatların xilas edilməsində mühim rol oynaya bilər.
 
Bu xəstəlikdən sağalmış insanların sayı sürətlə artmaqdadır. Lakin xəstəliyin simptomları görülməyən pasiyentlər isə tez yardım almaqda əziyyət çəkirlər.
 
İzah edilməyən çəki itirilməsi, iştahın azalması, qarın ağrısı kimi qeyri-müəyyən simptomları olan xəstələr xərçəngin müxtəlif növləri üçün ayrıca analizlər verməyə məcbur olurlar və bütün bunlar da müalicə üçün dəyərli olan vaxt itkisinə gətirib çıxarır.
 
 Yorğunluq, səbəbsiz tərləmə və ümumi halsızlıq xəstəliyin simptomları arasında ola bilər.
 
İlk dəfə Danimarkada yaradılan bu mərkəzlərin tətbiqinə artıq İngiltərə də 10 pilot mərkəzlə başlayıb.
 
İngiltərənin Milli Sağlamlıq Xidmətinin Xərçəng bölməsi üzrə milli direktoru Cally Palmer bu cür mərkəzlərin xərçəngin diaqnostika və müalicəsində böyük rol oynayacağını deyir.
 
"Erkən diaqnostika insanların həyatını xilas etməkdə çox mühimdir, buna görə də biz ölkədə xərçəngə yanaşmada yenilikçi planlar hazırlayırıq", o deyir.(bbc)
 

Google+ WhatsApp ok.ru