Novruz Məmmədov Ermənistan rəhbərliyini həyasızlıqda ittiham etdi 21 Aprel 2016 01:00 Qarabağ xəbərləri Ermənistan rəhbərliyinin sağlam düşüncədən məhrum olması artıq heç bir şübhə doğurmur. Maide.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz MəmmədovFacebook səhifəsində bildirib. “Gör nə dərəcədə həyasız olub ki, Azərbaycanı beynəlxalq hüququn fundamental prinsiplərini pozmaqda günahlandırır. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunu keçirməməyə çağırır. Ermənistan rəhbərliyi karvanla bağlı bir atalar sözünü yaxşı bilə-bilə bu addımı atır. Hərbi təcavüz nəticəsində qonşu dövlətin ərazisini 25 ildən artıqdır ki, işğal altında saxlamağı beynəlxalq hüquqa aid etmir. Baxmayaraq ki, dünyada BMT-nin Təhlükəsizlik Şurasından tutmuş elə bir qurum, təşkilat yoxdur ki, bu işğalı beynəlxalq hüququn pozulması hesab etməsin. Amma hakimiyyət girovuna çevrilmiş Ermənistan rəhbərliyi əslində burnunun ucundan o tərəfə heç nəyi görə bilmir. Bu dərəcədə həyasız olmağa səbəb isə arxalarında bəzi ölkələrdə bəzi dairələrin dayanmasıdır. Dünyada indiki gərginliyin olduğu dövrdə belə addımlarla Ermənistan rəhbərliyi ölkəsinin və xalqının rifahını və firavanlığını heç vaxt təmin edə bilməyəcək” - deyə PA rəsmisi qeyd edib./ Teqlər : #Novruz Məmmədov Ermənistan rəhbərliyini həyasızlıqda ittiham etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəbhədə son vəziyyət Cəbhə bölgəsində dinc sakinlərin təhlükəsizliyi necə həyata keçirilməlidir?
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni