İnsanlar idman etmədikləri üçün  67 milyard dollardan çox ziyana düşüb

İnsanlar idman etmədikləri üçün 67 milyard dollardan çox ziyana düşüb

2013-cü ildə idman etməmək və hərəkətsizlikdən yaranan problemlərə  görə, dünya ölkələrində 67.5 milyard dollar vəsait xərclənib. 
 
Maide.Az xəbər verir ki, tədqiqatçılar  deyir ki, idman fəaliyyətlərinin az olmasına görə,yaranan sağlamlıq problemlərinə üçün xərclənən vəsait ölkələrin çoxunun ÜDM-ndən çoxdur.
 
“Lancet” tibbi jurnalında yazılan məqalədə bildirlir ki, bu vəsaitin 53.8 milyard dolları sağlamlıq  xidmətlərinə və 13.7 milyard dolları  məhsuldarlığın itirilməsinə yönləndirilib.
 
Məqalə müəllifləri bildirir ki, bu tədqiqatlar dünyanın 142 ölkəsində (dünya əhalisinin 93 faizi) əhalinin sayı və iqtisadi göstəriciləri nəzərə alınaraq  aparılıb.  
 
Tədqiqatlar 1 milyon insanın üzərində və  beş  xəstəlik – infakt, insult, diabet və xərçəngin iki növü üzrə aparılıb. Rəqəmlər  ehtimal üzrəində hesablanır, həqiqi rəqəmlər əgər mühasibə olunarsa bu məbləğin qat qat artıq olacağını istisna etmir. 
 
Tədqiqatçılar  bildirir ki, hərəkətsiz həyat tərzinə görə hər il dünyada 5 milyon nəfərdən çox insan həyatını itirir. 
 

Google+ WhatsApp ok.ru