İnsan niyə əsnəyir? 18 May 2016 01:00 Sağlamlıq Əsnəmə - baş beyində oksigen çatmamazlığına qarşı orqanizmin reaksiyasıdır. Yuxuya getmə zamanı tənəffüsün tezliyi avtomatik olaraq aşağı düşür, ona görə də yuxu zamanı orqanizm daha az eneji sərf edir. Bu zaman yuxunu qovmağa çalışdıqda, beyində oksigen çatmamazlığı baş verir və onu aradan qaldırmaq üçün insan əsnəməyə başlayır. Əsnəmə zamanı ağ ciyərlərə daxil olan havanın miqdarı artır. Qanda oksigenin və karbon qazının qatılığı yuxu arteriyasının bölünmə nahiyəsində yerləşən və qanın kimyəvi tərkibinə həssas olan xüsusi xemoreseptorlar vasitəsilə tənzim olunur. Siqnallar həmin reseptorlardan beyinə gedərək burada emal olunur. Tənəffüsün əsas mərkəzi uzunsov beyində yerləşir. Tənəffüs mərkəzi sərbəst işləyə bilsə də beyin qabığı tərəfindən idarə olunur. Əsnəmə insanlar arasında qeyri-verbal əlaqənin siqnallarından biridir. Əlaqənın bu növündə informasiya sözlərlə deyil, jestlər, pozalar və mimikalar vasitəsilə ötürülür. Bir nəfər əsnəyəndə ətrafdakıların da qeyri-iradi olaraq əsnəmələri də məhz bu fenomenlə izah olunur./immunitet.az/ / Teqlər : #İnsan niyə əsnəyir?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gicitkən çayı xərçəng hüceyrələrinə qarşı Ürəyin sağlamlığı üçün AĞ TUTun dəmləməsi - RESEPT
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir