İnternetdən asılı insanlar xəstəliklərə qarşı daha həssas olur

Suonsi Universitetində işləyən alimlərin gəldiyi nəticəyə əsasən, kompüter arxasında və internetdə daha çox vaxt keçirən insanlar qrip və soyuqdəymə xəstəliklərinə qarşı daha həssasdırlar.
 
 "ICTnews"-ın məlumatına görə,  bu kimi insanlarda qrip və ya soyuqdəymə xəstəliyinə tutulma ehtimalı 30 faiz artıq.
 
Belə ki, internetdən asılı insanlar təmiz havada az vaxt keçirirlər ki, bu da immunitetin zəifləməsinə səbəb olur.
 
Bundan başqa, alimlər hesab edir ki, internetə həddən ziyadə aludəçilik depressiya və yuxusuzluğa səbəb ola bilər. /

Google+ WhatsApp ok.ru