Payız qəmginliyinin öhdəsindən gələ biləcək qidalar

Payız qəmginliyinin öhdəsindən gələ biləcək qidalar

Payızda bəzi insanlarda mənfi əhval-ruhiyyə yaranır. Bu əzginlik və yorğunluqla mübarizə aparmaq üçün insanlar şirniyyata üstünlük verir, bu da artıq çəki qazanmağı qaçılmaz edir.
 
Həklim dietoloq Marina Makişa bu barədə bildirir ki, payızda insanın vəziyyətinə təsir edən müəyyən təbii amillər var. Günün qısa olması əhval-ruhiyəyə cavabdeh olan serotonin istehsalının azalmasına səbəb olur.
 
Dopamin və serotonin (xoşbəxtlik hormonları) səviyyəsinin aşağı olması ilə insan pis əhval-ruhiyə və depressiya yaşayır. Güc itkisi və davamlı yuxululuq orqanizmin bioritminin dəyişməsinin ilkin əlamətləridir. Neyrotransmitterlərin sintezini artırmaq və əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün insan öz rasionunu rəngarəng etməlidir. Hər şeydən əvvəl bədənin serotonin istehsal etdiyi qidalara üstünlük verilməlidir. Şokolad, toyuğun döş əti, yumurta, pendir bu kimi məhsullar amin turşusu ilə zəngindir. Kakao miqdarı ən az 75% olan tünd şokolad seçilməlidir. Omega-3 yağ turşuları, xüsusilə qadınlarda depressiyanın qarşısını almaq üçün faydalıdır. Payızda Omeqa-3 ilə zəngin qidalar yemək lazımdır: bitki yağı, müxtəlif yağlı balıq növləri. Bundan əlavə, sevinc hormonlarının sintezinə kömək edən maqneziumu da unutmamalıyıq. Onlar ispanaqda və qoz-fındıqda olur. /Deyerler.org/
 
 
 
 

Google+ WhatsApp ok.ru