Pediatr: “Peyvənd üçün dövlət klinikalarına müraciət edilməsinə səbəb sosial çətinliklərlə bağlıdır”

Respublikanın baş pediatrı Nəsib Quliyev peyvəndlər haqqında fikirlərini bölüşüb.
 
O qeyd edib ki, dövlət müəssisələrinə nisbətən özəl klinikalarda peyvəndin daha keyfiyyətli olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib ki, peyvəndlərin özəl klinikalarda daha keyfiyyətli olması ilə bağlı fikirlər yanlışdır: “Hər il Azərbaycanda 165-175 min nəfər uşaq dünyaya gəlir. Onlardan ən azı 165 mini dövlət müəssisələrində, 5 mini isə 400 özəl müəssisədə peyvənd edilir. Bununla özəl klinikaların hərəsinə 10 nəfər düşür”
 
Pediatr Səbinə Nurəliyeva Deyerler.Org-la fikirlərini bölüşərkən deyib ki, uşaqları təhlükəli xəstəliklərdən qorumaq üçün peyvəndlərin vurulması zəruridir: “İlk olaraq onu bilmək lazımdır ki, dövlət proqramına daxil olan peyvəndlər pulsuz şəkildə vurulur. Bu səbəbdən əksər valideynlər məhz dövlət klinikalarına müraciət edirlər. Təbii ki, indiki sosial durumda bütün peyvəndlər pulsuz olsa insanların maraqlarına cavab verər. Amma özəl klinikalarda olan peyvəndlər isə dünya standartlarına cavab verir. Həmin peyvəndlər ölkədə dövlət proqramına daxil olmadığına görə özəl klinikalarda vurulur. Amma özəl klinikalarda vurulan peyvəndlər pulludur.
Mənə peyvənd üçün müraciət edən valideyinlərə bəzi peyvəndlər üçün dövlət klinikalarına müraciət etməyini məsləhət görürəm. Amma əksər olaraq özəl klinikalarda vurulan peyvəndlərə üstünlük verirəm. Bu gün əhalinin böyük əksəriyyətinin peyvənd vurulmasından ötrü dövlət klinikalarına müraciət etməsi, məhz sosial çətinliklərlə bağlıdır. Dövlət klinikalarına əksəriyyətin müraciət etməsinin əhalinin bu klinikalar daha çox etibar etməsi ilə heç bir əlaqəsi yoxdur. Amma xüsusi olaraq qeyd etmək istəyirəm ki, ölkədə dövlət klinikalarında olsa belə, mütləq peyvəndlər vurulmalıdır. Uşaqları təhlükəli xəstəliklərdən qorumaq üçün peyvəndlərin vurulması zəruridir”.
 

Google+ WhatsApp ok.ru