PEYĞƏMBƏRLƏRİN HƏYATI

PEYĞƏMBƏRLƏRİN HƏYATI

Allah-təala milyon illər bundan əvvəl dünyanı, ulduzları və göyləri yaratdı; mələkləri nurdan, cinləri isə oddan xəlq etdi. Yer bu vəziyyətdə deyildi. Dənizlər onu bürümüşdü. Dalğalar çırpınır, güclü küləklər əsir, vulkanlar püskürürdü. Böyük səma daşları və kometalar yeri həmişə hücuma mə’ruz qoyurdu. Yerdə heç cür həyat nişanəsi yox idi; nə dənizlərdə nə də quruda yaşayış əlaməti hiss olunmurdu. Milyonlarla il öncə dənizdə kiçik balıqlar göründü. Yerdə azca otlar əmələ gəldi. Sonra həyat get-gedə kamilləşdi, yerdə müxtəlif növlü sürünənlər və dinozavr kimi heyvanlar peyda oldular. Buz qatları yeri örtmüşdü. Bitki və heyvanlar tələf olur, onların yerinə yeni məxluqlar yaranırdı. Bə’zən buzlar əriyir və yenidən canlanma başlayırdı. Həmin zamanlarda yerin heç vaxt vulkan, zəlzələ, güclü tufan və möhkəm dalğalar əlindən rahatlığı yox idi. Hələ buzlar əriməmişdi. O uzaq keçmişlərdə Allah-təala yerin hündürlüklərindən, düzənliklərindən, şoranlıqlarından və məhsuldar yerlərindən bir torpaq seçdi. Bu torpaq su ilə qarışdı və yapışqan palçıq formasına düşdü. Beləcə Allah o palçıqdan insana bənzər bir mövcud yaratdı; bir baş, iki göz, iki qulaq, iki əl, iki ayaq, bir burun, ürək və sinəli bir varlıq. Palçığın suyu buxarlandı və insanın qəlibi daş kimi bərkidi. Külək əsdikcə ondan eşidilən səslər onun möhkəmlənməsindən xəbər verirdi. Allahdan başqa heç kimin xəbərdar olmadığı bu heykəl uzun müddət həmin formada eləcə yuxuda idi. 
 

Google+ WhatsApp