Piyada yeriməyin daha bir faydası 22 İyun 2017 01:00 Sağlamlıq Davamlı piyada yerimək, oynaqlarda şişmə, qızarma və hərəkətsizliyə yol açan artritdən qorunmağa da köməkçi olur. Xalq arasında iltihablı revmatizm olaraq tanınan artrit xəstəliyi xroniki bir xəstəlik qrupu olub, uşaqdan böyüyə hər yaş qrupunda müşahidə edilə bilər. Artrit, xəstənin ictimai həyatına təsir edir, hətta həyat müddətini də qısalda bilir. Artrit, oynaqların yanında əzələlər, sümüklər və daxili orqanlar daxil olmaqla, bədənin digər hissələrinə də təsir edir. Artrit müalicəsində əsl məqsəd, xəstənin həyat keyfiyyətini artırmaqdır. Davamlı olaraq yerimək əzələ qüvvətini, oynaq və əzələlərin elastikliyini artırır. Fiziki fəaliyyət hər yaş qrupu üçün tələb olunur. Bir yetkin üçün təklif edilən gündəlik addım sayı 13-15 min arasıdır. Fiziki fəaliyyətə yavaş bir şəkildə başlanmalıdır. Bu cür yerimək bir çox xəstəlikdən qoruduğu kimi artritdən də qoruyur. (deyerler) Teqlər : #Piyada yeriməyin daha bir faydası, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qarğıdalı saçaqlarının müalicəvi faydaları Hər gün ŞAFTALI yemək üçün 7 SƏBƏB
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir