Professor: `Boyaların tərkibinə qatılan qurğuşun insan sağlamlığı üçün təhlükəlidir`

Professor: `Boyaların tərkibinə qatılan qurğuşun insan sağlamlığı üçün təhlükəlidir`

Uşaqlarda əqli geriqalma, əsəb sisteminin pozulması və digər xəstəliklər daha çox müşahidə olunur
 
"Boyaların istismar və dekarativ xüsusiyyətlərini artırmaq üçün onların tərkibinə daxil edilən qurğuşun insanlara, xüsusilə uşaqlara mənfi təsir göstərir".
 
Bunu "Report"a açıqlamasında “Ruzgar” Ekoloji İctimai Birliyinin sədri, professor İslam Mustafayev deyib.
 
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və BMT Ətraf Mühit Proqramının dəstəyi ilə Davamlı üzvi çirkləndiricilərin məhv edilməsi üzrə Beynəlxalq Şəbəkə (İPEN) bir neçə ildir boyaların insan orqanizminə təsirinə aid tədqiqatlar aparırlar: "Aparılan tədqiqatlar nəticəsində boyaların istismar və dekarativ xüsusiyyətlərini artırmaq üçün onların tərkibinə daxil edilən qurğuşunun insanlara, xüsusilə uşaqlara mənfi təsir göstərdiyi müəyyənləşib. Boyalara normadan artıq qatılan qurğuşunun təsirinə məruz qalmış uşaqlarda əqli geriqalma, əsəb sisteminin pozulması və digər xəstəliklər daha çox müşahidə olunur". /

Google+ WhatsApp ok.ru