Qarğıdalı saçaqlarının müalicəvi faydaları

Qarğıdalı saçaqlarının müalicəvi faydaları

Qarğıdalı saçaqlarından çox faydalı müalicəvi və profilaktik çay hazırlamaq olar. Bu səbəbdən qarğıdalı alanda saçaqları atmayın, sağlamlığınız üçün istifadə edin.
 
Maide.İnfo saglamolun.az-a istinadən belə çayın bir çox faydalı xüsusiyyətlərini təqdim edir:
 
- Sidikqovucu təsirə malikdir - böyrəkləri, sidik yolları, sidik kisəsini təmizləyir, iltihabı azaldır.
- Arterial təzyiqin tənzimlənməsinə kömək edir, ödemləri azaldır.
- Qanda şəkərin səviyyəsini aşağı salır.
- Qaraciyərin fəaliyyətini yaxşılaşdırır, ödqovucu təsirə malikdir, öd kisəsində durğunluq proseslərini azaldır.
- Mübadilə proseslərini yaxşılaşdırır, iştahanı azaldır, arıqlamağa kömək edir.
- Sinir sisteminin fəaliyyətinə müsbət təsir edir, sakitləşdirir.
- Onkoloji xəstəlilərinin inkişafı riskini azaldır.
 
Çayı hazırlamaq üçün 1 ç.q. xırdalanmış qarğıdalı saçaqları götürülür, üzərinə 200 ml isti su tökülür, 30 dəqiqə ərzində dəmlənilir. Sonra çayı yaxşı süzün və gün ərzində 2 dəfə yarım stəkan olmaqla adi çay kimi için. Dadını yaxşılaşdırmaq üçün çaya bal və limon da əlavə edə bilərsiniz. /

Google+ WhatsApp ok.ru