Qoz-fındıq bizi bu xəstəlikdən qoruyacaq 21 Aprel 2016 01:00 Sağlamlıq Yoğun və düz bağırsaq xərçəngi (kolorektal xərçəng) bütün dünyada xərçəng xəstəlikləri arasında 2-ci yer tutur. Cənubi Koreyanın Seul Universiteti alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, qoz-fındığın həftədə ən azı 3 dəfə qəbulu insanları bu ağır xəstəliyin inkişafından qoruya bilər. LiveScience xəbər verir ki, alimlər 3 minə yaxın sağlam və kolorektal xərçəngindən əziyyət çəkən insanların qidalanması haqqında məlumatlar toplayıblar. Məlum olub ki, sağlam insanlar xəstələrlə müqayisədə qidalanmasına tez-tez qoz-fındıq daxil edirdilər. Alimlər həftədə 3 dəfədən az olmayaraq 1 ovuc qoz-fındıq yeməyi tövsiyə edirlər. Bundan əvvəl müxtəlif ölkələrdə keçirilmiş araşdırmalar göstərib ki, qoz-fındıq piylənmə, şəkərli diabet və ürək-damar sistemi xəstəliklərinin inkişafından qoruyur.(Saglamolun.Az) Teqlər : #Qozfındıq bizi bu xəstəlikdən qoruyacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həkimlərin maddi təminatları yaxşılaşdırılacaq Uşaqlar arasında qızdırma təhlükəsi varmı?
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir