QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “ALİ-İMRAN” SURƏSİ

QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “ALİ-İMRAN” SURƏSİ

“Ali-İmran” surəsi 200 ayədən ibarətdir və Mədinədə nazil olmuşdur. Surənin ayələrində xüsusi bir nizam və uyğunluq var.

Təfsirçilərin qeydlərinə əsasən, “Bəqərə” surəsi “Bədr” döyüşü ilə “Ühüd” döyüşü arasındakı illərdə, yəni 2-ci və 3-cü hicri illərində nazil olmuşdur. Başqa sözlə, surə o zaman nazil olmuşdur ki, İslam düşmənləri Allahın nurunu söndürmək, İslam və Mədinədə yeni qurulmuş İslam camiəsi ilə mübarizə aparmaq üçün əlbir olub, bütün imkanları və qüvvələrindən istifadə edirdilər. Bir tərəfdən müsəlmanların vəhdət və birliyini pozmaq üçün yəhudilər və xristianlar təfriqə salır, digər tərəfdən də, müşriklər İslam qüvvələri ilə döyüşür və İslam camiəsinin əmin-amanlıq və təhlükəsizliyini aradan qaldırırdılar.

O zaman İslama dəvət nidası dünyaya ucalmış və düşmənlərin qulaqlarını cingildətmişdi. Dünya xalqları, istər yəhudilər, istər xristianlar, istərsə də müşriklər İslamın əleyhinə qalxmışdılar. Müsəlmanlar da can və malları ilə İslamı müdafiə edirdilər. (“Əl-mizan”, Əllamə Təbatəbai, 3-cü cild, səh.4.)

“Əl-mizan” təfsirində göstərilir ki, Yəmənin Nəcran məntəqəsinin xristianlarından bir qrupu İslam Peyğəmbərinin (s) buyruqlarını eşitmək üçün Mədinəyə gəldikləri vaxt onlara İslam maarifini bir dəfəyə aydınlaşdırmaq üçün bu surənin təqribən səksən ayəsi nazil olur və “mübahilə” (haqdan uzaq düşəni qarğış edib lənətləmə) macərası baş verir.

Surənin 85-ci ayəsində İslamdan qeyri din seçənlər haqda belə buyurulur: “Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar.”

Bu ayəyə əsasən, bütün dinlərin ardıcılları İslam Peyğəmbərinin (s) gətirdiyi İslam dininə üz tutumalıdır, əks-təqdirdə azğınlıqda qalacaqlar. Əlbəttə, bu azğınlıq (İslamdan başqa) bütün din və ayinlərin ardıcıllarına, keçmiş və yeni məzhəblərə şamildir.

Surənin 103-105-ci ayələrində möminlər ixtilaf və təfriqədən uzaq olub vəhdət və birliyə, “əmr be məruf” (yaxşılığa dəvət) və “nəhy əz münkər” (çirkinlikdən çəkindirmə) prinsipinin icrasına dəvət olunur, müsəlmanların vəhdət və birliyini pozan, ixtilaf və təfriqə salan dardüşüncəli müsəlmanların böyük əzaba düçar olacaqları vəd edilir.

Bu surənin “Ali-İmran” adlanmasının səbəbi onun 33-35-ci ayələrində İmran qızı Məryəmin dünyaya gəlişi, sərgüzəşti və nəsil-nəcabətinin yüksək məqamı ilə əlaqədardır. “Ali-İmran” (İmran ailəsi) dedikdə, həzrət Məryəm (s.ə.) və həzrət İsa (ə) nəzərdə tutulur və İmran xanım Məryəmin (s.ə.) atasının adıdır. Tarixdən, İslam rəvayətlərindən və təfsir alimlərinin qeydlərindən belə məlum olur ki, Hənnə ilə Əşya iki iki bacı olurlar. Hənnə İmran peyğəmbərlə, Əşya isə Zəkəriyya peyğəmbərlə evlənirlər.

İmranla Hənnənin evliliyndən neçə illər ötüb-keçsə də, onlardan bir övlad dünyaya gəlmir. Bir gün Hənnə ağac altında oturduğu zaman, öz balalarına yemək verən bir quş görür. Analıq məhəbbətini görən Hənnənin ürəyində övlad eşqi yaranır. Allah-Taaladan qəlbən bir övlad istəyir. Bir müddət sonra onun səmimi istəyi qəbul olur və uşağa hamilə qalır.

Bəzi rəvayətlərdən məlum olur ki, Allah-Taala həzrət İmrana vəhy göndərir ki, sənə Allahın izni ilə əlacsız xəstəliklərə tutulanlara şəfa verəcək, ölüləri dirildəcək və İsrail övladlarına peyğəmbər göndəriləcək bir oğlan uşağı əta ediləcək. O da bu hadisəni zövcəsi Hənnəyə xəbər verir. Hənnə qızı Məryəmə hamilə olduğu zaman elə təsəvvür edir ki, bətnindəki Allah-Taalanın İmrana müjdə verdiyi həmin oğlan uşağıdır. Bir halda ki, bətnindəki körpə həmin oğlan uşağının (yəni həzrət İsanın) anası Məryəm və Allah tərəfindən müjdə verilən oğlan uşağı onun nəvəsidir...

Bir sözlə, “Ali-İmran” surəsi həzrət İsa (ə) və anası həzrət Məryəmin (s.ə.) əhvalatı ilə yanaşı, bəzi peyğəmbərlərin də əhvalatına toxunulur. Həmçinin surədə tövhid, Allahın sifətləri, məad, İslam maarifi, “Bədr” və “Ühüd” döyüşlərindəki ibrət dərsləri, möminlərə yetən qeybi yardımlar, Allah yolunda şəhid olanların əbədi həyatı, cihad və onunla bağlı göstərişlər, düşmən müqabilində müqavimət göstərmək, İslam və müsəlmanların sıralarının möhkəmliyinin zəruriliyi, Kəbə evi, həcc əməlləri, Allah dostları ilə dost və düşmənləri ilə düşmən olmaq, Allah yolunda infaq etmək, bütün hallarda Allahı yad etmək, yalan danışmamaq və çətinliklər zamanı səbirli olmaq kimi məsələlərdən söz açılır. (“Təfsiri-Nümunə”, Ayətullah Məkarim Şirazi, “Ali-İmran” surəsinin təfsiri.)

“ALİ-İMRAN” SURƏSİNİ OXUMAĞIN FƏZİLƏTİ

Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə buyurulur: “Hər kəs “Ali-İmran” surəsini oxusa, cəhənnəm üzərindəki körpüdən onun ayələrinin sayı qədər ona aman verilər.” (“Məcməül-bəyan”, 4-cü cild, səh.405.)

İmam Sadiqdən (ə) də belə nəql olunur: Hər kəsBəqərəAli İmransurələrini oxusa, qiyamətdə bu iki surə iki bulud parçası, yaxud çətir kimi onun başına kölgə salacaq onu cəhənnəm odundan qoruyacaqdır.” (“Əl-burhan fi təfsiril-Quran”, 1-ci cild, səh.52.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru