QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “SƏCDƏ” SURƏSİ

QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “SƏCDƏ” SURƏSİ

 

Məşhur nəzərə görə, “Səcdə” surəsi Məkkədə nazil olmuş və 30 ayədən ibarətdir. Bəzi təfsir alimləri bu surənin bütünlüklə Məkkədə nazil olduğunu qeyd etdikləri halda, bəziləri onun üç ayəsinin (18-20-ci ayələrin) Mədinədə nazil olduğunu bildirmişlər. Halbuki bu üç ayənin Mədinədə nazil olması ilə bağlı heç bir nişanə gözə çarpmır.

Bəzi rəvayətlərdə və təfsir alimlərinin qeydlərində uyğun surə “Səcdə” və “Əlif, lam, mim”, bəzi rəvayətlərdə isə “Əlif, lam, mim, tənzil” adları ilə göstərilmişdir.

“Səcdə” surəsi “müqəttəə” hərfləri ilə başlayan 29 surədən biridir və ondan dərhal sonra Qurani-Kərim vəsf edilir, onun Allah tərəfindən göndərilməsi və möhkəmliyindən söz açılır. 1-2-ci аyәlәrindә охuyuruq:

الم. تَنزِيلُ الْكِتَابِ لَا رَيْبَ فِيهِ مِن رَّبِّ الْعَالَمِينَ

Әlif, lаm, mim. Bu kitаb, şübhәsiz, аlәmlәrinRәbbi tәrәfindәn nаzil оlunmuşdur.

Surәnin 15-ci аyәsindә ilаhi аyәlәrin zikri zаmаnı möminlәrin sәcdә еtmәsindәn dаnışılır. Еlә bu mәqsәdlә dә surә“Sәcdә” аdlаndırılmışdır. 15-ci аyә “sәcdә”аyәsidir vә bu аyәni охuyаnlаr оnu bitirdikdәn sоnrа,hökmәn sәcdә еtmәlidirlәr. Аyә cаnlı охunduqdа оnu еşidәnlәrin sәcdә еtmәsi dә vаcibdir. Qeyd etməliyik ki,Qurаnın dörd surәsindә “vаcib sәcdә” vаrdır. Bu surәlәr“әzаim” аdlаnır. “Әzаim” adlanan surәlәr vә vаcib sәcdәli аyәlәr bunlardır:1. (32) “Sәcdә” surәsi, аyә 15; 2. (41) “Fussillәt” surәsi, аyә 37; 3. (53)“Nәcm” surәsi, sоn аyә; 4. (96) “Әlәq” surәsi, sоn аyә.

Ümumiyyətlə, “Səcdə” surəsi Məkkədə nazil olduğundan, bu surədə “tövhid” və “məad” bəhslərinə daha çox önəm verilmişdir və onun möhtəvasını bir neçə qisimdə xülasə etmək olar:

1. Surənin başlanğıcında Qurani-Kərimin əzəməti, onun aləmlərin Rəbbi tərəfindən nazil olması və düşmənlərin ittihamlarının batilliyindən söz açılır.

2. Sonra Allahın yer və göylərdəki nişanələrindən və kainatın tədbiri, insanın torpaqdan, nütfədən və ilahi ruhdan yaranması, ona Allah tərəfindən göz, qulaq və qəlb kimi elm və bilik vasitələrinin əta olunmasından bəhs olunur.

3. Daha sonra qiyamət və məad bəhslərinə yer verilir; ölüm anı və ondan sonra baş verən hadisələrdən, məxsusən, hesab və sorğu-sualdan söhbət olunur, möminlər cənnətlə müjdələnir, günahkarlar isə cəhənnəm odu ilə qorxudulur. Bu münasibətlə İsrail oğullarının tarixinə, Həzrət Musanın (ə) sərgüzəştinə və bu ümmətin qələbəliklərinə, eləcə də, keçmiş ümmətlərdən digər bir qrupunun acı taleyinə qısa şəkildə toxunulur.

4. Bu bəhslərdən sonra yenidən “tövhid” və “Allahın əzəmət nişanələri” ilə bağlı məsələlərə işarə olunur və surə inadkar düşmənlərin təhdid edilməsi ilə sona yetir.

Bir sözlə, “Səcdə” surəsinin əsas məqsədi “tövhid” və “məad”a iman bünövrəsinin möhkəmlənməsi, təqvaya doğru hərəkətdə güclü dalğanın yaranması, insana yüksək insanlıq məqamını aşılaması, onu azğınlıq və dikbaşlıqdan çəkindirməsidir. (“Təfsiri-nümunə”, 17-ci cild, “Səcdə” surəsinin təfsiri.)

“SƏCDƏ” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَنْ قَرَاَ الم تَنْزِیْل وَ تَبارَکَ الَّذِى بِیَدِهِ الْمُلْکُ، فَکَاَنَّما اَحْیا لَیْلَهَ الْقَدْرِ

“Hər kim “Əlif, lam, mim, tənzil” (“Səcdə”) və “Təbarəkəl-ləzi biyədihil-mulk” (Mülk) surələrini oxusa, sanki “Qədr” gecəsini əhya saxlamışdır.”(“Məcməul-bəyan”, 8-ci cild, səh.324.)

2. İmam Sadiq (ə) buyurmuşdur:

مَنْ قَرَاَ سُورَهَ السَّجْدَهِ فِی کُلِّ لَیْلَهِ جُمُعَه اَعْطَاهُ اللَّهُ کِتَابَهُ بِیَمِینِهِ وَ لَمْ یُحَاسِبْهُ بِمَا کَانَ مِنْهُ وَ کَانَ مِنْ رُفَقَاءِ مُحَمَّد(صلىاللهعلیه وآله) وَ اَهْلِ بَیْتِهِ

“Hər kim “Səcdə” surəsini hər cümə axşamı oxusa, Allah-Taala onun əməl dəftərini sağ əlinə verər, keçmiş günahlarını bağışlayar, Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) dostlarının sırasına qatılar.”(“Məcməul-bəyan”, 8-ci cild, səh.325.)

Aydındır ki, bu qədər savab təfəkkür və əməllə yanaşı oxunuşa aiddir.

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru