Qurani Kərim və İnsanın Hayat Proqramı - 2. Hissə

Qurani Kərim və İnsanın Hayat Proqramı - 2. Hissə

Toplum əgər dini bir cəmiyyətdirsə, hökümət də dini əsaslar üzərində olar.
 
Cəmiyyət dinə bağlı deyil, lakin mədənidirsə, edilən fəaliyyətlər qanuna görə olar. Əgər cəmiyyət vəhşi, dinsiz bir şəkildə idarə edilirsə, zülmkarların hökumət tərəfindən hazırlanan və xalqa qəbul etdirilən ənənə və qaydalara və ya müxtəlif fikir və inancların ziddiyəti nəticəsində meydana gələn qaydalara bağlı olar.
Buna görə insan fərdi və ictimai fəaliyyətlərində, bir hədəfə sahib olmaqdan qaçmaz. Bu hədəfinə çatmaq üçün də ona uyğun olan bir yolu seçib, iş proqramına uyğun olan qaydaları tətbiq etmək məcburiyyətindədir.
 
Qurani-Kərim isə eyni fikiri təsdiq edərək, belə buyurmaqdadır:
"Hər kəsin üz tutduğu bir qibləsi var; ona dönər. Siz də həmişə xeyirlərə yönəlin, xeyir yolunda yarışın ..." [1]
Əslində Quran dilində din, proses və həyatın şəklinə deyilməkdədir. Mömin, kafir və hətta yaradanı inkar edənlər, dinsiz deyildirlər. Çünki insan həyatı, istər peyğəmbərlik və vəhy yolu ilə gətirilən qanunlarla olsun, istər bəşərin hazırladığı qayda və qanunlarla olsun, əsla proqramsız reallaşmaz.
 
Allah Təbarək və Taala, hansı sinifdən olursa olsun, Allahın dininə düşmən olan zalımlar haqqında belə buyurur:
"O kəslər ki, insanları Allah yolundan döndərər, onu (Allah yolunu) əyri hala salmaq (əymək) istəyər və axirəti də inkar edərlər!” [2]
Həyatın ən möhkəm və davamlı proqramı, bir fərd və ya bir cəmiyyətin, duyğu və hisslərindən qaynaqlanan deyil, insan yaradılışına uyğun olan proqramdır. Əgər kainatın hər zərrəsinə diqqət etsək və diqqətlə araşdırsaq, o zərrənin, yaradılışının ilk günündən bəri bir hədəfin arxasınca olduğunu görərik.
 
Hər varlıq, onu hədəfə çatdıracaq ən münasib və ən yaxın yoldan hədəfinə doğru hərəkət etməkdədir və özünün daxili və xarici, hədəfinə uyğun və müxtəlif fəaliyyətlərinin qaynağı olan təchizatlarla təmin olunmuşdur. Canlı və cansız hər varlığın yaradılışı belədir.
Misal olaraq, bir buğda, torpaq altında yamyaşıl ucu ilə toxumdan çölə çıxdığı ilk gündən etibarən, sağlam və yaxşı bir buğdaya çevrilməyə istiqamətlidir. Təmin olunduğu gücləri ilə müxtəlif maddələri yerdən və havadan xüsusi bir miqdarda qəbul edib, öz bədəninə əlavə etdikcə böyüyür və inkişaf edir. Bir haldan digər bir hala keçərək, müxtəlif şəkillərə bürünərək sonunda müxtəlif dənələri özündə ehtiva edən kamil bir buğda halını alır. Və beləcə bu hərəkətinə son verir. Yenə əgər qoz ağacını araşdırsaq, onun da ilk gündən etibarən, güclü bir qoz ağacı olmaqdan ibarət olan özünə xas bir hədəf arxasında olduğunu görərik. Bu hədəfinə çatmaq üçün mövcud olduqları ilə, münasib bir yolu qət edərək, özünə xas həyatını qoruyur. Heç bir zaman hədəfini təqib edərkən, məsələn, buğdanın yoluna sapmaz. Necə ki, buğda da öz yolunu izləyərkən qoz ağacının üsulunu seçməz.
 
Bu görülən kainatı meydana gətirən bütün varlıq növləri sözügedən ümumi qaydaya tabedir. İnsanın da bu qaydadan (Yəni hər növün səadətini təmin edən bir hədəfi mövcuddur. Bu hədəfə çatmaq üçün özünə uyğun olan müəyyən bir yolu var) istisna olunmasına dair heç bir dəlil də yoxdur. Əksinə, insan bədənində olan təchizatların, insanın da digər varlıqlar kimi səadətini təmin edəcək olan bir hədəfi, bu hədəf və səadətinə çatması üçün bədən quruluşuna uyğun müəyyən bir yolu olduğuna ən yaxşı bir dəlildir. (tebyan)
 
[1] - "Bəqərə", 148.
[2] - "Əraf",  45

Google+ WhatsApp ok.ru