Ürək xəstələrinin sayı 2 dəfə artıb

Ürək xəstələrinin sayı 2 dəfə artıb

“Son 5 ildə Azərbaycanda ürək-damar xəstəsi kimi qeydiyyata düşənlərin sayı 2 dəfədən çox artıb”.
 
Maide.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev APA-ya müsahibəsində belə deyib. O vurğulayıb ki, Azərbaycanda müalicə üsulları heç də xaricdəki üsullardan fərqli deyil:
 
“Azərbaycanda bəzi orqanların transplantasiyası aparılsa da, ürəklə bağlı bunu etmək mümkün deyil. Məsələn, Rusiyada əgər bir şəxs avtoqəza nəticəsində ölürsə, onun meyiti soyuducu kameraya qoyulur. Onun yaxını olmasa, oradan götürülməsə, bu şəxsin ürəyi transplantasiya üçün hazırlanır. Hələlik, bizdə bu yoxdur. Ona görə də ölkəmizdə ürək transplantasiyası geridə qalıb. Bu məsələ daha yüksək səviyyədə qaldırılmalıdır. Azərbaycanda ürək qüsurlarının müalicəsi, protezlərin qoyulması, damarların dəyişilməsi, şuntlama kimi proseslər icra edilir.
 
Bizdə ürək-damar xəstəliklərinin yayılması Fransa, Portuqaliya, İtaliya, Almaniya kimi ölkələrdən daha çoxdur. Bu da kardio-profilaktikadan asılıdır. Həmin ölkələrin dietaları, regionları fərqlidir”.
 

 

Google+ WhatsApp ok.ru