Ramazan ayında oruc tutanlara həkim tövsiyyələri

Bir neçə gündən sonra müqəddəs Ramazan ayı daxil olur.  
 
On bir ayın sultanı Ramazan həm günahların bağışlandığı, həm də sağlamlıq ayıdır. Mütəxəssislər bildirir ki, Ramazanda düzgün qidalanmağın ən başlıca şərtləri yağlı, qızarmış yeməklərdən, şəkərli qidalardan uzaq durmaqdır. 
 
Maide.Az xəbər verir ki, ilk növbədə, həkimlər qadın və kişilərə papaq olmadan isti günəş altında durmaqdan çəkinməyi tövsiyə edirlər. Bədənin istiləşməməsi üçün həkimlər oruc tutan inanclılara dar paltar yox, geniş gyimlərdən istifadə etməyi tövsiyyə edirlər. Həmçinin, gündə ən azı 2-3 dəfə sərin duş almaq lazımdır.
 
Sahur zamanı həkimlər kofe və çay içməkdən çəkinməyi tövsiyyə edirlər. Ona görə ki, onlar, susuzluğu artırır.
Baş ağrıları, ürəkbulanma, susuzluq, hərarət zamanı və digər bu kimi nöqsanlar olduğunda, həkimə dərhal müraciət etməyniz məsləhət görülür.
 
Ramazan ayı boyuca səhhətinizin pisləşməməsi üçün, həkimlər düzgün və yüngül qidadan istifadə etməni məsləhət görürlər.
Həkimlər şəkər, çörək, un məmulatları kimi qidalarıda uzaq durub,  taxıl, protein, süd məhsulları, pendir və qoz-fındıq kimi qidalara üstünlük verməyi rəva bilirlər. /

Google+ WhatsApp ok.ru