Səhər yeməyini yeməyənləri CİDDİ TƏHLÜKƏ GÖZLƏYİR 09 May 2017 01:00 Sağlamlıq Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, səhər yeməyindən imtina edən insanlarda ürək-damar sistemi xəstəliklərinin riski artmış olur. Səhər yeməyindən imtina mübadilə proseslərini pozur və həmçinin qan dövranını ləngidir. Qan dövranının ləngiməsi ilə damarlarda trombların əmələ gəlməsi riskini artırır. Mübadilə proseslərinin pozulması nəticəsində qanda xolesterolun səviyyəsi artır ki, bu da aterosklerozun inkişafını sürətləndirir. Ateroskleroz bütün dünyada ürək-damar sistemi xəstəliklərinin ilk səbəbidir. Digər elmi araşdırmalar göstərir ki, səhər yeməyindən imtina edən insanlarda piylənmə və şəkərli diabetinin riski artır. Beləliklə, insan sağlamlığı üçün tamdəyərli səhər yeməyi olduqca vacibdir. (saglamolun) Teqlər : #Səhər yeməyini yeməyənləri CİDDİ TƏHLÜKƏ GÖZLƏYİR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rəvənd bitkisinin önəmli faydaları Gündə 10 min addımın 5 önəmli faydası
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir