Sağalmaz xəstəliyin epidemiyası proqnozlaşdırılır

Sağalmaz xəstəliyin epidemiyası proqnozlaşdırılır

ABŞ və Niderland alimləri bildirilər ki, demoqrafik vəziyyət və digər faktorların təsiri ilə yaxın zamanlarda Parkinson xəstəliyi pandemiyaya çevriləcək.
 
Maide.Az "Sputnik"əistinadla xəbər verir ki, müasir dünyada əlilliyə əsas səbəblərdən biri sinir sisteminin pozulmasıdır. Son 10 ildə isə Parkinson xəstəliyi daha çox yayılıb.
 
 Bu dofamin istehsal edən neyronların ölümünə səbəb olan və sağalması hələlik mümkün olmayan xəstəlikdir. Nəticədə xəstədə titrəmə, əzələ sərtliyi, qeyri-sabit vəziyyət və balansı itirmə halı yaranır.
 
1990-cı ildə 2015-ci ilə qədər bu xəstəliyə yoluxanların sayı 6 milyona qədər artıb. Alimlərin hesablamalarına görə, 2040-cı ilə qədər əhalinin orta yaşı artdığına görə, xəstəliyə yoluxanların sayı 12 milyon olacaq.
 
Nevrodegenerativ xəstəliyin inkişaf riskini artıran səbəblər arasında ətraf mühitə atılan pestisidlər, həlledicilər və ağır metalları göstərmək olar.
 
Bundan əlavə, bəzi araşdırmaların nəticələrinə görə, siqaret çəkməyənlərdə bu xəstəliyə tutulma riski daha yüksəkdir.
 
Mütəxəssislərin fikrincə, pandemiyanın qarşısını almaq olar. Amma bundan ötrü xəstələrə müalicə, profilaktika və qayğı göstərmək səyləri əhəmiyyətli dərəcədə artırılmalıdır.

Google+ WhatsApp ok.ru