Saat 6-dan sonra qəbul edilən şam yeməyinin sağlamlıq üçün təhlükəsi 14 Noyabr 2019 09:31 Sağlamlıq ABŞ-ın Nyu-York şəhərindəki Kolumbiya Universitetinin alimləri axşam yeməyinin insan səhhəti üçün təhlükəli olduğunu bildiriblər. Maide.Az "Report" a istinadla xəbər verir ki, tədqiqatalara əsasən, 18-dən sonra qəbul edilən yemək mədə-bağırsaq və ürək problemlərinə səbəb ola bilər. Araşdırmada 112 qadın iştirak edib. Onların hamısı 1 il ərzində gündəliklərində qəbul etdikləri qidalar barədə qeydlər aparıblar. Məlum olub ki, saat 18.00-dan sonra yemək yeyən qadınların qanında şəkərin miqdarı artır, ürək problemləri, çəkinin artması və yüksək təzyiq problemi yaranır. Hesab edilir ki, orqanizm axşam qəbul edilən kaloriləri həzm edə bilmir. Həkimlər gündəlik gəzmək və idman növləri ilə məşğul olmağı tövsiyə edirlər. Digər tərəfdən axşam qəlyanaltılarından imtina vacibdir. Teqlər : #Saat,#6dan,#sonra,#qəbul,#edilən,#şam,#yeməyinin,#sağlamlıq,#üçün,#təhlükəsi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xərçəngi sağaltmır, amma alimlər məsləhət görürlər ŞOK! Enerji içkiləri qaraciyər serrozu və beyin şişlərinə səbəb olur
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir