Sağlam həyat üçün D vitamini 30 Yanvar 2015 02:00 Sağlamlıq Günəş işığı ilə yanaşı balıq, süd və süd məhsulları kimi qidalarda olan D vitamini, ürək-damar xəstəliklərindən xərçəngə, sümük qırıqlarından infeksiyalara qədər bir çox xəstəliyə dərmandır. Balıq yağı və günəş şüaları 19-cu əsrdə uşaqlarda müşahidə olunan sümüklərin yumşalması və asan büküləcək hal alması kimi tanınan raxit xəstəliyinə qarşı müalicə edici kimi kəşf edilmişdi. Bu gün D vitamini bir çox xərçəng xəstəliyinə qarşı qoruyan və sümük sıxlığı üçün yağda əriyən vitamin kimi tanınır. Son dövrdə aparılan mühüm tədqiqatlar D vitaminin əzələlərin inkişafında da rol oynadığını göstərir. Bu səbəbdən sağlamlıq müayinələrində qanda D vitaminini ölçdürməyiniz məsləhətdir. D vitamini çatışmazlığı Günəş işığının az olduğu ölkələrdə yaşayanlarda, günəşdə 15 dəqiqə gəzməyə imkanı olmayanlarda, tünd dərili və kök insanlarda tez-tez müşahidə edilir. Hazırda 1 milyard insanın qanında D vitamininin əskik səviyyələrdə olduğu ehtimal edilir. Bu səbəbdən inkişaf etmiş ölkələrdə sümüklərin zəifləməsi və raxit kimi xəstəliklərin artmasının qarşısını almaq üçün bir çox qida D vitamini ilə zənginləşdirilir. Çünki araşdırmalar D vitamini çatışmazlığının ostexondroz, xərçəng, skleroz, infeksiya xəstəlikləri, vərəm və mövsümi qrip kimi bir çox xəstəliyə səbəb olduğunu sübut edir. D vitaminin faydaları belədir: Qəlbimiz əzələlərdən ibarət olur, eynilə digər əzələlərin olduğu kimi ürəyin də D vitamininə ehtiyacı vardır. Bu səbəbdən ürək xəstəlikləri riskini azaltması təəccüblü olmamalıdır. Araşdırmalar D vitamini səviyyəsi aşağı olanlarda ani ürək ölümləri, ürək ritm pozğunluqları, ümumiyyətlə ürək-damar xəstəliklərinə tutulma riskinin artdığını göstərir. D vitamini qan təzyiqini nəzarət edərək damar sağlamlığını qoruyur. Beləliklə, ürək-damar xəstəliklərə yaxalanma riskini böyük ölçüdə azaldır. Elmi işlər D vitamininin xərçəng xəstəliyinin qarşısını almaqda də təsirli olduğunu göstərir. Finlandiyada aparılan bir araşdırmaya görə, D vitamini gücləndirməsi aparılan uşaqlarda diabet xəstəliyinin inkişaf riskinin 90 faiz həcmində azaldığı müşahidə olunub. D vitamininin infeksiyalara qarşı da qoruyucu təsiri yüksəkdir. Araşdırmalar D vitamini səviyyəsi aşağı olan yeniyetmələrdə öskürək, soyuqdəymə və yuxarı tənəffüs yollarında infeksiyaya daha tez-tez rast gəlindiyini təsdiq edir. D vitamini çatışmazlığı yaşayanlar üçün mükəmməl dadı olan bir resept belədir: 1 su stəkanı D vitamini ilə zənginləşdirilmiş soya südü 4 yemək qaşığı D vitamini ilə zənginləşdirilmiş şəkərsiz xlopya 1/2 ədəd banan Bir miqdar vanil 1 yemək qaşığı döyülmüş qoz ləpəsi Bunlar krem halına gələnə kimi qarışdırılır və üzərinə döyülmüş qoz əlavə edilərək yeyilir. Teqlər : #Sağlam həyat üçün D vitamini , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda İİV-dən ölənlərin sayı 700-ə yaxınlaşır Hil - təbii antiseptik
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir