Sağlamlığın yeni trendi: Noxud suyu 08 May 2016 01:00 Sağlamlıq Elə gün olmur ki, sağlam qidalanma mütəxəssisləri yeni bir trend müəyyənlşdirməsinlər. Sağlam həyat tərzini seçənlərin gündəmində bu dəfə də noxud suyu var. Noxud suyu və ya digər adı ilə "aquafaba" yumurtaya alternativ göstərilir. Uzun illərdir ki, veqanların ən sevimli qidalarından olan noxud zülal, lif və faydalı karbohidratlarla zəngindir. Maide.Az publika.az-a istinadən xəbər verir ki, ancaq mütəxəssislər, noxudun suyunun özündən daha faydalı olduğunu bildirirlər. Bəlkə də bu yazını oxuduqdan sonra siz də noxudu qaynatdıqdan sonra suyunu atmaqdan vaz keçəcəksiniz. Yumurta ağı əvəzinə noxud suyundan istifadə etmək olar. Bu yumurtaya qarşı allergiyası olanlar üçün də yaxşı seçimdir. 3 xörək qaşığı noxud suyu 1 ədəd yumurtanın ağı ilə eyni dərəcədə faydaya sahibdir. Krem, makaron və ya tort hazırlayarkən yumurta əvəzinə "aquafaba"dan yararlanmaq mümkündür. Teqlər : #Sağlamlığın yeni trendi: Noxud suyu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yeməkdən sonra mütləq pendir yeyin - Çox faydalıdır! Səhər oyanan kimi 4 stəkan su içsəniz... - MƏSLƏHƏT
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir