SAXTA HƏDİSLƏRİN YARANMASI

SAXTA HƏDİSLƏRİN YARANMASI

Kitab Peyğəmbər (s)-in səhabələrindən olub, o həzrətdən hədis nəql etməkdə ifrata varmış bir şəxs barəsindədir. Sünnü məzhəbinin istinad etdiyi “Səhiheyn” (iki səhih–”Səhihi-Buxari” və “Səhihi-Müslüm”) və “Müsnəd” kitablarının müəllifləri ondan çox saylı hədis nəql etmişlər.
  Biz qeyd olunan hədislər barəsində geniş və ətraflı təhqiqat və araşdırma aparmaq fikrində deyilik. Sadəcə olaraq bu işin kökünü və mənşəyini araşdırmaq istəyirik. Bunun da səbəbi həmin hədislərin birbaşa bizim dini və əqli həyatımızla bağlı olmasıdır. Əgər bu hədəf olmasaydı, o işi başqalarına həvalə edər və onlara baxmağın ağırlığına tab gətirə bilməzdik.
   Bu hədislər “üsuliddin” və “füruiddin” məsələlərinə də sirayət etmişdir. Buna görə də sünnülərin şəriət və kəlam alimləri dini hökmləri araşdırdıqları zaman həmin hədislərə istinad edir və onlardan dəlil kimi istifadə edirlər. Əlbəttə, istisnasız olaraq bütün səhabələri mütləq şəkildə ədalətli və nöqsansız bildikləri üçün, onların bu işində təəccüblənmək lazım deyildir. Onların söylədikləri bu sözlərin batil olması ilə yanaşı, artıq sübut olunmuşdur ki, belə bir əqidə tamamilə səhv və əsassızdır. Amma həddini aşmış bu şəxs və onun “üsuliddin” və “füruiddin” məsələləri barəsində nəql etdiyi hədislərin kəmiyyət və keyfiyyəti haqqında danışmaq zəruridir. Çünki dini əhkamları Qur”anla uyğun gələn ən mötəbər hədis və rəvayətlərdən əxz etməli və gündəlik həyatımızda vəzifələrimizi məhz bu əsasda yerinə yetirməliyik.
Bizim apardığımız araşdırmalarda haqla-batil bir-birindən ayrılmış və əsl həqiqət oxuculara çatdırılmışdır.

Google+ WhatsApp