Süddən bioparçalanma qabiliyyətinə malik qablaşdırma hazırlanıb 24 Avqust 2016 01:00 Sağlamlıq Amerikalı alimlər tərəfindən süd zülalı əsasında yeyinti məhsulları üçün qablaşdırma hazırlanıb. Alimlərin sözlərinə görə, bioparçalanma qabiliyyətinə malik yeni qablaşdırmanı qidada istifadə etmək olar. Yeni ixtira plastik qablaşdırmadan fərqli olaraq ətraf mühiti çirkləndirmir və zərərli maddələr ifraz etmir. Kazein əsasında hazırlanmış qablaşdırma oksigenin məhsulun daxilinə nüfuz etməsinə mane olaraq daha uzun müddət saxlanılmasına şərait yaradır. O plastik qablaşdırmayla müqayisədə oksigeni 500 dəfə daha az buraxır. Tədqiqatçıların sözlərinə görə, kazein əsasında qablaşdırma 3 il ərzində istifadəçilərin ixtiyarına veriləcək. (azərtac) / Teqlər : #Süddən bioparçalanma qabiliyyətinə malik qablaşdırma hazırlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Üzüm çəyirdəyinin inanılmaz faydaları Nə yeyək ki, kökəlməyək, sağlam olaq və çox yaşayaq?
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir