Smartfonlara proqram və tətbiq yüklədərkən diqqətli olun - VİDEO

Telefonunuza başqa şəxsin email hesabı ilə aparılan yükləmələr arzuolunmaz hallara gətirib çıxarar

Smartfonlara proqram və tətbiq yüklədərkən diqqətli olun. Çünki telefonunuza başqa şəxsin email hesabı ilə aparılan yükləmələr arzuolunmaz hallara gətirib çıxarar. Hətta məlumat, şəkil və videolar oğurlana bilər.
 
Bəziləri smartfona proqram və tətbiq yüklətmək üçün telefon mağazasına üz tutur. Həmin şəxslərdə müştərinin telefonuna proqramı öz elektron hesabları ilə yükləyirlər. Proqramçılar isə müştərilərin bəzən hesab açmaq üçün heç bir tələblərinin olmadığını bildirirlər.
 
Smartfona tətbiqlərin başqasının hesabından yüklənməsi isə arzu olunmaz hallara gətirib çıxara bilər. Mütəxəsislər bu problemin çıxış yolunu bir neçə üsulla izah edirlər.
 
Əgər siz telefonu yeni almısınızsa və ya hesab açmağı bacarmırsınızsa bu zaman proqram yüklətdirdiyiniz şəxsdən yeni hesab açmağı tələb edə bilərsiz. Bu zamanda hesab kodunu yəni şifrəni özünüz müəyyənləşdirin və gizli qalsın.

Google+ WhatsApp ok.ru