Suyun keyfiyyəti ilə xərçəng arasında birbaşa əlaqə müəyyən olunub

Suyun keyfiyyəti ilə xərçəng arasında birbaşa əlaqə müəyyən olunub

Krantdan gələn suda kanserogen maddələrin olması ABŞ-da 100 minə yaxın onkoloji xəstəliyə səbəb olub. Suyun keyfiyyəti ilə  xərçəng arasında birbaşa əlaqə ətraf mühit üzrə işçi qrupunun amerikalı alimləri tərəfindən müəyyən edilib.
 
Maide.Az "faktxeber"a istinadən xəbər verir ki, tədqiqat materialları "Heliyon" elmi jurnalında dərc edilib.
 
Alimlər ABŞ-da 48.363 kommunal müəssisədə içməli suyun çirkliliyini təhlil ediblər. Sonra bunu yerli sakinlər arasında xərçəngin sayı və növləri haqqında məlumatlarla müqayisə ediblər.
 
Tədqiqatçılar əvvəllər suda spesifik birləşmələrin insan sağlamlığına təsirini öyrənirdilərsə, sonradan hərtərəfli araşdırma aparıblar. 
 
Qeyd olunur ki, içməli su tez-tez kanallardan, çaylardan və müxtəlif sənayelərdən çirkab suların axıdıldığı anbarlardan götürülür. 
 
Tədqiqatçılar əmindirlər ki, suyun zəif təmizlənməsi və ya əksinə dezinfeksiyaedici maddələrdən sui-istifadə insan orqanizmi üçün təhlükə yaradır. Xüsusilə müəyyən olunub ki, arsenin, dezinfeksiya məhsullarının və hətta uran və radium kimi radioaktiv elementlərin suyun tərkibində olması onkoloji xəstəliklərin inkişafına təsir göstərir.
 
Tədqiqata görə, ən əlverişli vəziyyət böyük şəhərlərdə müşahidə olunur. Su təchizatı sistemi köhnəlməyə daha çox meylli olmasına baxmayaraq içməli suyun keyfiyyətinə nəzarət daha güclü olduğundan, çirkləndiricilərin səviyyəsi kiçik şəhərlərə nisbətən daha aşağıdır.
 
Eyni zamanda qeyd olunur ki, tədqiqatların ilkin mərhələsidir və xərçəngin inkişafı ilə içməli suyun keyfiyyəti arasındakı əlaqəni dəqiq müəyyənləşdirmək üçün hələ bir sıra işlər görülməlidir.
 

Google+ WhatsApp ok.ru