Təhsil İdarəsi: Müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hökumətə təqdim edilib 02 Mart 2015 02:00 Elm, Təhsil Bakı Şəhəri üzrə Təhsil İdarəsi müəllimlərin əmək haqlarının artımı ilə bağlı yaranan suallara aydınlıq gətirib. Təhsil İdarəsindən APA-nın sorğusuna cavabda bildirilib ki, ölkə başçısının sərəncamına əsasən ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması barədə qərar qəbul edilib. Sərəncamın icrası ilə bağlı müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hazırlanıb. Sənədlər paketi Təhsil, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri arasında razılaşdırılaraq hökumətə təqdim edilib. Yeni norma tətbiq ediləndən sonra belə müəllimlərin 1 dərs saatının dəyəri orta hesabla 35% artacaq. Müvafiq sənədlər təsdiq edildikdən sonra artımla bağlı olan fərq 1 yanvar 2015-ci il tarixindən hesablanıb ödəniləcək. Teqlər : #Təhsil İdarəsi: Müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hökumətə təqdim edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vakant vəzifələr üçün imtahanın nəticələri açıqlandı Bakıda şagirdlərin elektron qəbuluna start verilib - VİDEO TƏLİMAT