Vakant vəzifələr üçün imtahanın nəticələri açıqlandı

Qeydiyyatdan keçən 207 nəfərdən 18-i imtahanda iştirak etməyib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) imtahan nəticələrini açıqlayıb.
 
Maide.az-ın TQDK-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, açıqlanan nəticələr Daxili İşlər Orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul olmaq üçün imtahan verən şəxslərə aiddir. 
 
Toplanan ballar dünən axşamdan etibarən elan edilib. İmtahan verən şəxslər nəticələrlə https://eservices.tqdk.gov.az/imtnetice/DIN03012015.htm linkindən tanış ola bilərlər.
 
Qeyd edək ki, Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı dünən keçirilib. İmtahan saat 11-də başlayıb və 3 saat davam edib. 
 
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 207 nəfərdən 18 nəfəri imtahanda iştirak etməyib.

Google+ WhatsApp ok.ru