Təhsil Nazirliyindən məktəblərdə pul yığımına qarşı reaksiya 29 Sentyabr 2016 01:00 Elm, Təhsil Təhsil Nazirliyi müəllimlər günündə məktəblərdə pul yığımı ilə əlaqədar xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun bildirdiyinə görə, belə bir fakt təsdiqini tapsa, həmin müəllim və ya məktəb direktoru işdən azad olunacaq: “Müəllimlər günü ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır. Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan (adı ilə müraciət etməyi biz öyrənməliyik) bizim 146 saylı “qaynar xətt”imizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq”, - deyə C. Valehov bildirib. (virtualaz.org) / Teqlər : #Təhsil Nazirliyindən məktəblərdə pul yığımına qarşı reaksiya, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məktəbli gündəliklərində Qarabağla bağlı bağışlanılmaz səhv - FOTO Şagirdlərin təxminən 9 faizi icbari təhsildən yayınıb