Türkiyə və Azərbaycan sərhədində `donuz qripi` həyəcanı 04 Yanvar 2016 02:00 Sağlamlıq Ölkə ərazisinə daxil olan bütün vətəndaşlar müayinə olunur Azərbaycan-İran sərhədinin Biləsuvar rayonu ərazisində yerləşən Qoşatəpə sərhəd-keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib. Buna səbəb Türkiyənin Adana əyalətində H1N1 virusuna (donuz qripi) yoluxduğu ehtimal olunan 3 nəfərin dünyasını dəyişməsidir. Məntəqəyə xüsusi həkim briqadaları cəlb olunub. Türkiyəyə məxsus yük maşınları məntəqəyə daxil olarkən həkim briqadaları tərəfindən yoxlanılır və zəruri dezinfeksiya tədbirlərindən sonra Azərbaycan ərazisinə buraxılır. Biləsuvar Rayon Baytarlıq İdarəsindən apa-nın yerli bürosuna verilən məlumata görə, bayram günlərinə baxmayaraq, qurumun baytar briqadaları “donuz qripi” ilə əlaqədar sərhədyanı kəndlərdə dezinfeksiya işlərinə cəlb olunub. Vəziyyətin ciddiliyi nəzərə alınaraq ərazidə sahə baytar həkimlərindən ibarət növbətçilik sistemi yaradılıb. Qeyd edək ki, Qoşatəpə sərhəd-keçid məntəqəsində ölkə ərazisinə daxil olan bütün vətəndaşlar da müayinə olunur. Bu müayinələr təkcə "donuz qripi"nin deyil, digər yoluxucu xəstəliklərin qarşısını almaq məqsədi daşıyır. Teqlər : #Türkiyə və Azərbaycan sərhədində `donuz qripi` həyəcanı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu çay iltihabı azaldır Dövriyyəsi qadağan edilən dərmanların siyahısında Azərbaycanda istehsal olunan 2 preparat yer alıb
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir