Uşaqlar daha çox hansı xəstəliklərdən əziyyət çəkirlər?

Uşaqlar daha çox hansı xəstəliklərdən əziyyət çəkirlər?

 
Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzində (UBMM) müalicə alan uşaqların 40%-i sinir sistemi, 30%-i dayaq-hərəkət sistemi, 20%-i yuxarı və aşağı tənəffüs sistemi xəstəliklərindən, 10%-i müxtəlif xəstəliklərdən əziyyət çəkirlər.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mərkəzdə bərpa müalicəsinə ehtiyacı olan 18 yaşına kimi uşaqlar çoxprofilli, yüksək dərəcəli ixtisaslaşdırılmış müalicə kursu keçirlər. Xəstələr mərkəzə sahə poliklinikaları tərəfindən göndərilirlər.
 
2015-ci ildə Mərkəzə (ilk dəfə müraciət etmiş) 98 xəstə daxil olduğu halda, 2016-cı ilin ilk 6 ayı ərzində bu göstərici 88 xəstə olub.
 
2015-ci ilin ilk 6 ayı ərzində UBMM-ə ümumi gəlişlərin (ilk və növbəti gəliş) sayı 19661 təşkil edirdisə, 2016-cı ilin 6 ayı ərzində bu rəqəm 20612-yə çatıb.
 
UBMM-ə daxil olmuş xəstələr Mərkəzdə qeydiyyata götürülür və hər iki aydan bir müalicə kursu keçirlər.
 
Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə Strateji Planına əsasən, uşaqlıq dövrünə xas olan əlilliyin profilaktikası və müalicəsi sahəsində aparılan işlər sayəsində UBMM–yə müraciət edən 1 yaşına qədər uşaqların sayının əvvəlki ilə nisbətdə 40% artması müşahidə olunur. (trend) /

Google+ WhatsApp ok.ru