Vərəm üçün daha sürətli və ucuz müalicə

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vərəmin ağır formaları üçün daha sürətli və ucuz müalicə planı tövsiyyə edib.

Bu yenilik bu ölümcül xəstəlikdən əziyyət çəkən minlərlə insanın sağalmasına kömək edə bilər.

ÜST rəsmisi deyib ki, bu, vərəmin dərmanlara qarşı dayanıqlı formalarının (MDR-TB) müalicəsi ilə bağlı "böhranı" həll etmək yolunda mühüm addımdır. Qurum bildirib ki, yeni müalicə planı 9-12 ay ərzində tamamlana bilər. Bundan əvvəl tövsiyyə olunan müalicə planı 2 il çəkirdi.

Malyariyanın diaqnozu üçün nəfəs testi 

Alimlər bildiriblər ki, tezliklə malyariyanı müəyyənləşdirmək adi nəfəs testi qədər asanlaşa bilər. Sent Lüisdəki Washington Universitetindən pediatriya və molekulyar biologiya professoru doktor Audrey Odomun sözlərinə görə bu, sürücülərin alkohol testinə bənzəyəcək. (azadliq)

 

Google+ WhatsApp ok.ru