Xərçəng xəstələri, şokoladdan uzaq durun!

Xərçəng xəstələri, şokoladdan uzaq durun!

Şokoladın tərkibində olan palma yağı, insanlarda CD36 adında bir proteini doğurur. Mütəxəssislər bu zülalın bədəndəki şişlərin yayılmasına və xəstəliyin daha ölümcül olmasına səbəb olduğunu deyir.
 
Yeni bir araşdırmaya görə, xərçəng xəstələrinin şokolad, biskvit və çörək yeməsi xəstəliyi daha pis vəziyyətə gətirir.
 
Eyni zamanda tərkibində palma yağı olan bir çox yeyinti və digər qidalar insanda CD36 zülalını doğurur.
 
Mütəxəssislər, bu zülalın xərçəng şişini digər orqanlara yaymaq kimi ölümcül bir rola malik olduğunu söyləyir.
 
İspaniyada aparılan bir tədqiqatda ağız, dəri, ağciyər və sinə xərçəngi olan xəstələrdən nümunə götürüldü. Şiş hüceyrə pərdələrindən alınan nümunələr nəticəsində CD36 zülalı kəşf edildi.
 
Bunu təsdiq etmək üçün siçanlar üzərində təcrübə aparıldı.
 
Və həqiqətən də, şokolad, biskvit kimi məhsulların xəstəliyə daha da mənfi təsir göstərdiyi məlum oldu.
 

Google+ WhatsApp ok.ru