XÜMSÜN HÖKMLƏRİ

XÜMSÜN HÖKMLƏRİ

Sorğu-sual insan yaranışının başlağıcından özünü göstərmiş, öz yaşıl qanadına mələkləri oturtmuş, saralmış yarpağına şeytanı sovurmuş və bu arada insanlıq məqamını göstərmişdir. Əmirəl-mö`minin həzrət Əli (ə) necə də gözəl buyurmuşdur:
 
Yerdən cücərirsə həm gül, həm tikan,
Sual da, cavab da elm babından.
 
Bəli, səmavi suallar verən hər bir kəs cavab olaraq elm və bilik əldə edəcək. Cəmiyyət və mədəniyyətin inkişaf və sabitliyi səmimi suallar və düşüncəli cavablardan asılıdır. İslami ölkəmizin iftixarlarından biri budur ki, bir tərəfdən pak qəlbli, kamillik sorağında olan, həqiqətlə maraqlanan gənclərimiz çoxdur, digər tərəfdən çox dəyərli ayinlərimiz var. Bu ayinlərdəki uca maarif suallarına cavab axtaran təşnə qəlbləri sirab edir.
Elm və mədəniyyət mərkəzinin müşavirə və sorğu qurumu aktual sualları cavablandırmaq və yaşıl elm nihalını bara-bəhrəyə gətirmək üçün məclis təşkil etdi. Alim və düşüncəli gənclərimiz üçün səbir daşı ola bilsək iftixar duyarıq.
Qeyd olunmalıdır ki, dini mədəniyyətin genişlənməsi istiqamətində rəhbərlik məqamının nümayəndəliyi universitetlərdə elmi qruplarla həmkarlıq edərək 50 mindən çox tələbə sorğusunu cavablandırmışdır. Bu idarə 8 elmi və mütəxəssis qrupdan ibarətdir: Qur`an və hədis qrupu; əhkam qrupu; fəlsəfə qrupu; tərbiyə və psixologiya qrupu; siyasi təfəkkür qrupu; mədəni və ictimai qrup; tarix qrupu.
Qarşınızdakı kitabda dəyərli alim höccətül-İslam seyid Müctəba Hüseyni tərəfindən cavablandırılmış fiqhi suallar məcmusudur. Bu məcmuənin xüsusiyyətləri və tənzim üslubu aşağıda bəyan olunur.
a) Sualların cavabı mənbələr və sənədlərlə birlikdə qeyd olunmuşdur.
b) Eyni məzmunlu cavablar eyni tə`birlə və rəvan şəkildə tərtib olunmuşdur; bu səbəbdən də cavabların çoxu iqtibas edilmişdir.
v) Daha çox arxayınlıq üçün sənədlərə istinad etməkdən əlavə, böyük mərce alimlərin katibliyindən də cavab alınmışdır.
q) Kitabın tənzimində ilkin fətva kimi imam Xomeyninin nəzəri bildirilmiş, digər mərce alimlərin baxışı əlifba sırası ilə zikr olunmuşdur:
Həzrət ayətullah hacı şeyx Məhəmməd Təqi Behcət.
Həzrət ayətullah hacı şeyx Mirza Cavad Təbrizi.
Həzrət ayətullah hacı Seyid Əli Hüseyni Xamenei.
Həzrət ayətullah hacı Seyid Əli Hüseyni Sistani.
Həzrət ayətullah hacı şeyx Lütfullah Safi Gülpayqani.
Həzrət ayətullah hacı şeyx Məhəmməd Fazil Lənkərani.
Həzrət ayətullah hacı şeyx Hüseyn Nuri Həmədani.
Həzrət ayətullah hacı şeyx Nasir Məkarim Şirazi.
Həzrət ayətullah hacı şeyx Hüseyn Vəhid Xorasani.
 

Google+ WhatsApp