Xroniki böyrək çatışmazlığı olanlar üçün - Yeni proqram 07 Fevral 2016 02:00 Sağlamlıq Nazirlər Kabineti 2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramını təsdiqləyib. Maide.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, proqrama uyğun olaraq, xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrinin təkmilləşdirilməsi, böyrəklərin xroniki patologiyası olan şəxslərin vaxtında aşkar edilməsi və onların tam həcmdə tibbi yardımla, o cümlədən hemodializ müalicəsi ilə təmin edilməsi, xroniki böyrək çatışmazlığı üzrə ixtisaslaşdırılmış tibbi yardımın həcminin və keyfiyyət standartlarının müəyyən edilməsi həyata keçiriləcək. Bununla yanaşı, Bakıda və regionlarda hemodializ mərkəzləri şəbəkəsinin genişləndirilməsi, ehtiyacı olan xəstələr üzərində böyrəkköçürmə əməliyyatlarının həyata keçirilməsi, xroniki böyrək çatışmazlığı nəticəsində əmək qabiliyyətini itirmiş şəxslərin tibbi-sosial reabilitasiyası işinin yaxşılaşdırılması, nefrologiya sahəsində mütəxəssislərin hazırlanması və onların peşəkarlıq səviyyəsinin artırılması işləri aparılacaq. / Teqlər : #Xroniki böyrək çatışmazlığı olanlar üçün Yeni proqram, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Zika” virusu 33 ölkədə yayılıb Arıqlamaq üçün zəncəfil çayı için
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir