Xurmanın faydaları haqqında

Xurmanın faydaları haqqında

Həkimlər Ramazanda meyvə, tərəvəz və dənli bitkilərdən daha çox istifadəni məsləhət görürlər. Ət də lazımdır, ancaq az miqdarda. Zülala olan tələbatı xurma, qoz-fındıq, göbələk və süd məhsullarının hesabına ödəmək olar.
 
Maide.Az xəbər verir ki, xurma şəfalı xüsusiyyətlərə malikdir. "Maudu" ("Mövzu") ərəb jurnalı yazır ki, xurma qan azlığını (anemiya) aradan qaldırır, qan dövranını yaxşılaşdırır, qanda şəkərin miqdarını tənzimləyir, əzələlərin möhkəmlənməsinə, orqanizmdən toksinlərin çıxmasına kömək edir, xolesterinin miqdarını azaldır, həzm sistemini və damağı sağaldır. Xurma əzməsi və xurma şirəsi öskürəyi aradan qaldırır. Bundan başqa, xurma ürəyi möhkəmləndirir və erkən qocalmanın qarşısını alır. Xurmadan həmçinin yaddaşı və beyin fəaliyyətini yaxşılaşdırmaqda istifadə etmək məsləhət görülür.
 
Xurmanın tumlarından göz üçün sürmə hazırlanır. Tumları sobada qaralana qədər bişirir, sonra üyüdürlər. Alınan sürmə kirpiklərin uzanmasına, görmənin yaxşılaşmasına kömək edir. Zeytun yağı ilə qarışdırıldıqda, xurma çəyirdəklərindən hazırlanmış bu toz saçları möhkəmləndirir və onların uzanmasına kömək edir. Anesteziya xüsusiyyətlərinə malik olduğundan xurma çəyirdəyindən həm də diş və damaq ağrıları zamanı istifadə edilir. Bu zaman onu xırda hissələrə bölərək ağrıyan yerlərə qoyurlar.
 
Baş ağrısı haqqında
 
Ramazanın əvvəlində oruc tutanların qarşılaşdıqları əsas problemlərdən biri güclü baş ağrılarıdır. Bu çox zaman kofein tərkibli içkilərdən qəfil imtinayla bağlı olur. Buna görə, orqanizmin kofeindən təmizlənməsindən ötrü hələ müqəddəs ayın gəlişinə qədər çay və qəhvədən imtina etmək məsləhət görülür.
 
Adi su susuzluğu ən yaxşı yatıran içkidir.
 
Sübut olunub ki, gecə saatlarında çox qidalanmamaq mədə genəlməsindən yan keçməyə imkan verir. Bu isə o deməkdir ki, aclıq hissi daha az olacaq. Bir qayda olaraq, günün ortasında insan son dərəcə güclü aclıq hiss edir. İnsan həmin bu bir neçə ağır dəqiqəni dözəndən sonra gün batana qədər gözləmək daha asan olur.
 
İnsan həqiqətən ac olanda istənilən qida ona dadlı gəlir. Su isə ləl-cəvahiratdan da qiymətli görünür. Buna görə də, ramazan ayında oruc tutmağın verdiyi üstünlüklərdən biri insanın əlində olanları dəyərləndirməsidir.

Google+ WhatsApp ok.ru