Xərçəngə səbəb olan ən təhlükəli qidalar - Siyahı 28 May 2018 01:00 Sağlamlıq -- xərçəng xəstəliklərinin 1/3 hissəsinin səbəbi həyat tərzi və qidadır Mütəxəssislər sübut edir ki, xərçəng xəstəliklərinin 1/3 hissəsinin səbəbi həyat tərzi və qidadır. Rus alimləri müxtəlif elmi araşdırmaların nəticələrini birləşdirib ən güclü kanserogen xüsusiyyətlərə malik olan qidaları müəyyən ediblər. Maide.az Sağlamolun.az-a istinadən bu məhsulların siyahısını sizə təqdim edir. 1. Spirtli içkilər Spirtli içkilərin çoxlu miqdarda qəbulu bütün orqanizmə ziyan vurur, xərçəngin riskini xeyli artırır. Bu xüsusilə ağız boşluğu, qida borusu, mədə, qaraciyər, nəfəs yolları xərçənginə aiddir. Maraqlıdır ki, qadınlara spirtli içkilərin qəbulu kişilərlə müqayisədə daha güclü mənfi təsir edir, onlarda cinsiyyət sistemi xərçənginin riskini artırır. 2. Emal olunmuş ət Sosis, kolbasa, vetçina və s. məhsullar düz və yoğun bağırsaq xərçənginin riskini artırır. 3. Hisə verilmiş məhsullar (ət, toyuq, balıq) Hisə verilmə prosesi zamanı məhsullara benzapiren maddəsi keçir. Bu maddə ən güclü kanserogenlərdən biri sayılır. 4. Qaynar çay Qaynar içkilər və qidalar ağız, boğaz və qida borusunun selikli qişalarını yandırır, selikli qişalarda patoloji proseslərin inkişafına təkan verir. Bu isə bu orqanların xərçəng xəstəliklərinin riskini artırır. 5. Qaxsımış qoz-fındıq Xarab olmuş qoz-fındığın tərkibində aflatoksinlər əmələ gəlir. Güclü zəhər olan aflatoksinlər xüsusilə qaraciyərə çox mənfi təsir edir, qaraciyər xərçənginin inkişafının riksini artırır. Teqlər : #Xərçəngə səbəb olan ən təhlükəli qidalar Siyahı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru DNT analizi ilə bunları da bilmək olacaq Azərbaycanda psixi xəstələrin sayı artıb - RƏSMİ STATİSTİKA
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir