Yuxudan tez durmaqla süd vəzisi xərçənginin əlaqəsi varmış 07 Noyabr 2018 10:33 Sağlamlıq İngiltərənin Bristol Universitetinin alimləri qadınlarda süd vəzisi xərçənginin yaranma səbəbləri ilə bağlı maraqlı araşdırma edib. Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, səhərlər yuxudan tez oyanan xanımlarda süd vəzisi xərçəngi gec oyananlarla müqayisədə daha az müşahidə edilir. Məlumata görə, araşdırma çərçivəsində Böyük Britaniya Biobankı və Beynəlxalq Süd vəzisi xərçəngi birliyində 400 minə yaxın qadının genetik məlumatları analiz edilib. Nəticəyə əsasən, bədənləri tez yuxudan oyanmağa proqramlaşdırılmış qadınlarda, bədəni gec oyanmağa proqramlaşdırılmış qadınlarla müqayisədə süd vəzisi xərçənginə yaxalanma riski daha az olur. Ancaq alimlər hələ bunun səbəbini tapa bilməyib. Onlar hesab edir ki, gec oyanan qadını xərçəng riskinə atan problemin nə olduğunu bilmək vacibdir. Teqlər : #Yuxudan,#tez,#durmaqla,#süd,#vəzisi,#xərçənginin,#əlaqəsi,#varmış, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Alimlər: Parkinson xəstəliyi bağırsaqlarda başlayır Hansı qidaları günün hansı saatlarında yemək faydalıdır? - Vacib TÖVSİYƏ
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir