Zəncəfil qədər immuniteti gücləndirən vasitələr açıqlandı 13 Aprel 2020 11:21 Sağlamlıq Koronavirusun yayılmağa başladığı vaxtdan zəncəfilə olan tələbat kəskin artıb və nəticədə, bitkinin qiyməti bahalaşıb. “Sputnik” agentliyi xəbər verir ki, Samara Araşdırma və Dietoterapiya İnstitutunun direktoru, tibb elmləri doktoru Mixail Ginzburq immuniteti gücləndirən digər vasitələr barədə məlumat verib. Ekspert qeyd edib ki, zəncəfil orqanizmin müdafiəsini artıran və profilaktikasını həyata keçirən təsirli vasitə olsa da, yeganə məhsul deyil. Onun fikrincə, soğan, sarımsaq, qırmızı turp, kələm bakteriyaları öldürən və inkişafına mane olan fitonsidlərlə zəngindir. “Sarıkök, qarağat, qaragilə, mərcanı, moruq isə orqanizmdə iltihabı azaldan təsirli vasitələrdir”, - deyə M.Ginzburg əlavə edib. Teqlər : #Zəncəfil,#qədər,#immuniteti,#gücləndirən,#vasitələr,#açıqlandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Koronavirusun qarşısını ala biləcək preparat müəyyənləşdi Yaxşı südü saxtadan necə ayıraq? Professor izah edir - Video
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir