Zika virusu 64 ölkəyə yayıldı

Ümumdünya Səhiyyə Təşkilatı Zika virusunun 64 ölkəyə yayıldığını açıqlayıb.
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, qurum insandan-insana yayılan virusun mikrosefal və Guillain-Barre sindromuna səbəb olduğunun elmi olaraq qəbul etdiyini bildirib.
Ümumdünya Səhiyyə Təşkilatı Zika virusu ilə bağlı dərc etdiyi hesabatında Argentina, Çili, Fransa, İtaliya, Yeni Zelandiya və ABŞ-da virusun insandan-insana keçdiyini bildirib.
Qurum keçən həftə ərzində Beliz və Sent Lusiya olmaqla daha 2 ölkədə Zika virusunun yayıldığını bildirərək, Braziliyada, Keyp Verdedə, Kolumbiyada, Fransız Polineziyasında, Martinikada və Panamada ehtimallara görə, Zika virusunun səbəb olduğu mikrosefal və digər embrion eybəcərliklərinin qeydə alındığını açıqlayıb.
 

Google+ WhatsApp ok.ru