ƏDVİYYATLARIN DÜZGÜN İSTİFADƏSİ

ƏDVİYYATLARIN DÜZGÜN İSTİFADƏSİ

-- HANSI BİTKİ ÇAYI HANSI XƏSTƏLİYƏ QARŞI YAXŞI TƏSİR GÖSTƏRİR ?

 
 
ŞƏFA İLƏ ZƏNGİN ƏDVİYYATLAR
______________
 Qədim zamanlardan bəri yeməklərə dad vermək üçün istifadə edilən ədviyyatlar eyni zamanda bir şəfa mənbəyidir. Bədənə saysız faydası olan bu ədviyyatları yeməklərinizdə istifadə edə bilərsiniz.
 
 
Sarıkök: Hind zəfəranı olaraq da tanınan sarıkök, yeməklərə ləzzət qatmaqla yanaşı, açıq narıncı rəngiylə xoş bir görünüş də yaradır. Yüksək nisbətdə antioksidant ehtiva etməsi ilə xərçəngə qarşı qorumanı təmin edir. Ürək xəstəlikləri, diabet və Alzheymerin meydana gəlmə riskini azaldır.
 
Darçın: Zəngin lif qaynağı olan darçın, gözəl qoxusu və dadıyla şirniyyatlarda istifadə edilir. Şəkər xəstələri üçün olduqca faydalı olan darçın, qanda şəkərin yüksəlmə sürətini nizamlayır və şəkərin tənzimlənməsində əhəmiyyətli rol oynayır.
 
İstiot: Baş ağrılarını sakitləşdirməkdən başlayaraq, iltihablanmaların qarşısını almağa qədər bir çox faydası olan istiotun eyni zamanda piyləri əritmək xüsusiyyəti də var. Bədəndə yığılan toksinlərin atılmasını təmin edərək arıqlamağı asanlaşdıran istiot yeməklərdə istifadə edilir.
 
Zəncəfil: Tərkibindəki B və C vitaminlərinin yanında kalsium, fosfor və dəmir cəhətdən zəngin olan zəncəfil, qış aylarında tez-tez yaşanan boğaz ağrılarına qarşı yaxşı təsir edir. Soyuqdəymə və qrip üçün içilən zəncəfil çayı mikrobların bədəndən atılmasını təmin edərək bədən müqavimətinin artmasına köməkçi olur.
 
HANSI BİTKİ ÇAYI HANSI XƏSTƏLİYƏ QARŞI YAXŞI TƏSİR GÖSTƏRİR ?
______________
Bitki mənşəli çaylar, orqanizmin müqavimətini artıraraq, xəstəliklərdən qoruyur. Min illərdir ki, istehlak edilən bitki çayları insanı gümrah saxlayır və sakitləşdirir.
 
Razyana: Bu çay həzmi asanlaşdıran, köpazaldıcı və südçoxaldıcı təsirlərilə analar tərəfindən ən çox istifadə edilən bitkilərdəndir. Həmçinin, bu çayın sakitləşdirici təsiri də mövcuddur.
 
Nanə: Ağrıkəsici təsiri vardır. Ürək bulanması və qusma halında nanə-limon çayı həm böyüklər, həm də uşaqlar üçün istifadə edilən ənənəvi bir çay içkisidir. Həmçinin, bu çay 6 aydan böyük uşaqlarda istifadə edə bilər.
 
Çobanyastığı: Mədə ağrılarına və yuxusuzluğa qarşı yaxşı təsir edən bir bitkidir. Sakitləşdirici təsiri vardır. Uşaqlara 6-cı aydan sonra həkim təklifi ilə gündə 1-2 dəfə yarım fincan verilə bilər.
 
Cökə: Soyuqdəymə və qripə qarşı ən geniş istifadə olunan bir bitkidir. Öskürəyin yumşalmasına kömək edir. Bununla yanaşı qəbizliyin qarşısının alınmasında də təsirlidir. Uşaqlara 6-cı aydan sonra həkim təklifi ilə gündə 1 və ya 2 dəfə yarım fincan verilə bilər.(almahdi.ru)

 

Google+ WhatsApp ok.ru