Taleh Bağırzadənin cəzası artırıldı

Taleh Bağırzadənin cəzası artırıldı

-- Bağırzadə 5 ay müddətinə azadlıqdan məhrum edilib

Fevralın 13-də Qaradağ rayon Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədri, Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Taleh Bağırzadə barəsində başlanılan yeni cinayət işi üzrə məhkəmə iclası tamamlanıb.
 
Hakim Rufan Mürsəlovun sədrlik etdiyi iclasda T.Bağızadə son sözlə çıxış edərək ittihamın saxta olduğunu deyib. Müşavirədən sonra hökm elan edilib. T. Bağırzadə 5 ay müddətinə azadlıqdan məhrum edilib.
 
T.Bağırzadə bu dəfə CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirli bilinib.
 
Yeni hökmə əsasən, T.Bağırzadənin 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilərək, ona 18 il həbs verilib.
 
İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib. (meydan.tv)

Google+ WhatsApp ok.ru