5 dəqiqəyə diş ərpini təmizləyin!

5 dəqiqəyə diş ərpini təmizləyin!

Diş daşı hər bir insanı narahat edən problemlərdəndir. Gün ərzində qəbul edilən qidaların təsiri ilə formalaşan kariyes, diş daşları müəyyən müddətdən sonra ağız boşluğunda bir sıra fəsadlara yol açmaqdadır. İlk öncə qeyd edək ki, hər kəs vaxtaşırı olaraq stomatoloq müayinəsindən keçməli və təbii ki, gün ərzində 3 dəfə dişlərini fırçalamağı təxirə salmamalıdır. Hər diş fırçaladıqdan sonra ağız boşluğunu 3 %-li hidrogen peroksid (pereks) yaxalayın. Bu həm dişlərdəki kariyesin qarşını almaqda, həm də dişlərin ağardılmasında təsirli üsuldur. Sadəcə 3%-li hidrogen peroksid istifadə edin. Yüksək faizli ziyanlıdır unutmayın. Bu üsullarla diş daşlarının yaranmasının qarşısını alaraq daha sağlam dişlərə sahib olmaq mümkündür. Əgər artıq diş daşı probleminiz varsa, sizlərə ev şəraitində diş daşlarını, kariyesi təmizləməyin asan və praktik üsulunu təqdim edirik.

Lazım olanlar: 4 xörək qaşığı çökə çiçəyi 4 xörək qaşığı günəbaxan çiçəyi (səbəti tumsuz olsun) 1 litr su

Hazırlanması və tətbiqi: Hər iki bitkini suda qaynadın, qaynara düşən kimi, ocaqdan götürün. Daha sonra soyumasını gözləyin. Əvvəl adi qaydada diş pastası ilə dişlərinizi fırğalayın, 10 dəqiqə diş fırçasını həmin qarışımda saxladıqdan sonra dişlərinizi fırçalayın. Daha sonra suyumuş məhlulla açzınızı yaxalayın. Bu proseduru gün ərzində 3 dəfə tətbiq edə bilərsiniz. Diş daşları tamamilə təmizlənənə qədər. Müntəzəm olaraq istifadə edərsəniz, 2 həftə ərzində effektini görəcəksiniz. (saqlamheyat.az) /

Google+ WhatsApp ok.ru