Yeməkdən sonra onu çeynəsəniz... - Dişləri ağardan 15 QİDA

Yeməkdən sonra onu çeynəsəniz... - Dişləri ağardan 15 QİDA

 
Sağlam və ağ dişlərə sahib olmaq üçün ilk şərt nizamlı fırçalama və diş ipi istifadəsidir. Ancaq dişlərin zərər görməsinin qarşısını almaq, həmçinin, bəzi qidaların dişlərdə yaratdığı rəng və ləkələri təmizləmək üçün qəbul edə biləcəyiniz təbii qidalar da var. Sağlam və ağ dişlərə sahib olmaq üçün qəbul edəcəyiniz 15 təbii qida haqqında məlumatı təqdim edirik.
 
1. Su
Dişlər üçün əhəmiyyətli və lazımlı ünsürlərə başçılıq edən su sanki dişlərin qəhrəmanıdır. Tüpürcək ifrazını artıraraq ağız içi təmizliyinin davamlı olmasını təmin edir. Eyni zamanda, ehtiva etdiyi florür maddəsi ilə dişlərin dayanaqlığını artırır.
 
2. Pendir və süd
Kalsium və D vitamini baxımından ən zəngin qidalar arasında ilk sırada olan pendir və süd diş minasını gücləndirərək, çürümələrə qarşı dayanıqlılığını artırır. Həmçinin, kazein və fosfat tərkibi sayəsində ağız içində PH tarazlığını təmin edərək, yemək və içkilərin yaratdığı turşulu mühitin dişlərə zərər verməsinin qarşısını alır.
 
3. Küncüt
Kalsium anbarı olan küncüt dişləri ehtiyacı olan kalsiumla təmin edərək, diş minasını qüvvətləndirir, aşınma və çürümələrə qarşı qoruyur.
 
4. Soğan
Kükürd baxımından da zəngin tərəvəz olan soğanın antibakterial təsiri dişlərdə və ağızda qalan zərərli bakteriyaların yox edilməsi üçün möcüzəvi bir qidadır.
 
5. Çiyələk
Təbii ağardıcı gücə malik olan və turşu ehtiva edən çiyələyi əzib, püre halına gətirib, dişlərinizə sürtərək, dümağ dişlərə qovuşa bilərsiniz.
 
6. Alma sirkəsi
Dişlərin üzərindəki ləkələrin və rənglərin aradan qaldırılmasını təmin edir.
 
7. Karbonat (çay sodası)
Ən yaxşı təbii diş ağardıcısıdır.
 
8. Kərəviz
Yeməklərdən sonra çiy şəkildə çiynədikdə ağızda tüpürcək ifrazatını artırır, bu da diş aralarında qalan yemək artıqlarının təmizlənməsini təmin edir.
 
9. Kivi
C vitamini baxımından çox zəngin meyvə olan kivi diş minasını kollagenlə təmin edərək, diş sağlamlığını qoruyur.
 
10. Badam
Zülal və kalsium tərkibi çox olan badam diş minasını gücləndirərək, çürümə riskini azaldır.
 
11. Alma
Yüksək lif və su tərkibi baxımından dişlərin sağlam və ağ olmasına kömək edir.
 
12. Kök
Zəngin A vitamini və lif tərkibi sayəsində dişləri çürümələrə qarşı qoruyur. .
 
13. Cəfəri
Ehtiva etdiyi yüksək miqdarda C vitamini sayəsində diş sağlamlığı və təmizliyində böyük rol oynayır.
 
14. Yaşıl çay
Tərkibindəki polifenollar baxımından diş çürüklərinə gətirib çıxaran ağız içi bakteriyaların yaranmasını yavaşladır.
 
15. Balıq
Diş minası üçün vacib mineral olan fosfor ən çox balıqlarda olur. Həftədə ən az bir dəfə balıq yeyərək, diş minasının ehtiyacı olan fosforu ala bilərsiniz. (lent.az) /

Google+ WhatsApp ok.ru