Əvəz Zeynallı üçün müraciət hazırlanır

Vətəndaş cəmiyyətinin nümayəndələri, media mənsubları, hüquq müdafiəçiləri hazırda 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə oktyabrın 28-də görüşmək üçün Ədliyyə Nazirliyi Pentensiar xidmətə rəsmi məktubla müraciət etmək niyyətindədirlər.
 
Bu barədə Modern.az-a Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.
 
Əvəz Zeynallı 28 oktyabr 2011-ci ildə sabiq deputat Gülər Əhmədovanin iddiası əsasında həbs olunub. Məhkəmə qarşısına 2012-ci ilin may ayında çıxarılıb. 11 ay davam edən məhkəmə prosesindən sonra 2013-cü il martın 12-də Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib. Ə.Zeynallı ona qarşı irəli sürülən ittihamları sübut olunmamaış sayır.

Google+ WhatsApp ok.ru